Dalğıc təlimlərinin keçirilməsi peşəkarlığı, döyüş hazırlığını artıracaq - Ehtiyatda olan polkovnik
Fidan Həmişəyeva
12:24 14.04.2020
Cəmiyyət
714
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir.
Döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər. Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.
Dalğıc təlimlərinin keçirilməsinin hərbi dəniz qüvvələrimiz üçün vacib mərhələ olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə strateji energetik resurlarımız böyükdür.
Onun sözlərinə görə neft və qaz resurslarımızın müdafiəsi üçün hərbi dəniz qüvvələrinin mühüm vəzifələri var:
“Hərbi dəniz qüvvələri ölkəmizdə daim işlək bir mexanizmdir. Onların özlərinəməxsus döyüş hazırlıq planı var. Dənizçilərimiz bu plan üzrə məşğul olaraq professionallıqlarını artırırlar”.
Ş.Ramaldanov bildirib ki, dənizçilərimiz hər zaman professionallıqlarını yetərli qədər göstəriblər:
“Keçən il Azərbaycan Rusiya, İran və Qazaxstanın iştirak etdiyi təlimlərə qatıldı. Həmin dövlətlərin dəniz qüvvələri bizim dəniz qüvvələrindən daha böyükdür. Amma dənizçilərimiz həmin təlimdə qoyulan tapşırıqları müvəfəqqiyətlə yerinə yetirərək birincilik qazanmışdı. Bu da onu göstərir ki, Azərbaycan qonşu dövlətlərə baxanda kiçik hərbi dəniz qüvvələrinə malik olsa da, döyüş hazırlıqlarını yüksəldərək daim üzərilərində işləyir. Dənizçilərimiz xüsusi təlimlərdən keçərək beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edib birincilik qazanıblar. Əlbəttə, bu birincilik elə belə qazanılmayıb.
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plan üzrə dalğıc təlimlərinin keçirilməsi hərbi dəniz qüvvələri üçün çox vacibdir. Çünki keçirilən təlimlər peşəkarlığın, döyüş hazırlığının və qabiliyyətinin yoxlanmasına kömək edəcək. Belə təlimlər dəniz qüvvələrinin heyəti üçün əhəmiyətlidir. Çünki onlar real şəraitdə yaranmış senarilər üzrə təlimlərdə bütün mərhələlərdən keçərək praktiki şəkildə təcrübə qazanacaqlar. Fikrimcə, dəniz qüvvələrimiz bu təlimlərdə də vəzifələrini layiqincə yerinə yetirərək yüksək peşəkarlıq göstərcəklər. Nəticədə onların peşəkarlığı və döyüş hazırlığı bir pillə yüksələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya