“Davamlı inkişaf indeksi üzrə inkişaf etmiş ölkələrlə rəqabət apara bilərik”
Şəymən Bayramova
11:59 11.07.2020
Cəmiyyət
1045
“Əldə edilən göstəricilər son deyil, bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır"
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
“Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayan Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib.
Azərbaycanda həyata keçirilən sosial siyasətin nümunəvi xarakter daşıdığını vurğulayan millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib:
" BMT-nin "Davamlı inkişaf məqsədləri indeksi" qlobal əhəmiyyətli bir proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması bizim üçün qürurvericidir . 2015-ci ildə BMT Baş Asambleyasında keçirilən liderlərin zirvə göüşündə müəyyən edilmiş məqsədlər 2030- cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələr müəyyənləşdirir. Bu məqsədlər isə üç əsas istiqaməti müəyyən edir ki , bunlar yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə səylərin birləşdirilməsidir . Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi naliyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət yəni yoxsulluğun aradan qaldırılması daima ölkəmizə həyata keçirilən sosial siyasətin prioritelərindən birini təşkil edib və mühüm nəticələr əldə etmişik .
Bu vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb. Digər indekslər üzrə də Azərbaycan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib. Bərabərsizliyin aradan qaldırılması indeksi üzrə ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib. Burada söhbət həm də sadalanan xidmətlərin əlçatanlığından, onun kütəviliyinin və bərabərliyinin təmin edilməsindən gedir. Biz buna bəzən inkluziv cəmiyyət də deyirik".
H. Babaoğlunun dediyinə görə, bu bu irəliləyiş heç də öz-özünə baş verməyib. O qeyd edib ki, məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib və məqsədyönlü tədbirlərə ehtiyac var:
"Azərbaycanın son 5 ildə əldə etdiyi naliyyətlərin kökü əslində 17 il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki , Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil , eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki , əldə edilən göstəricilər son deyil tam əksinə bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə