Dələduzluq ! - Dövlət qurumlarının adına saxta profillər açılır - “Tilov”a düşməyin !
Fidan Həmişəyeva
15:25 20.08.2020
Cəmiyyət
657
Ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca bəzi neqativ halların da yaşanması istisna edilmir. Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan Mərkəzin istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb.
DİM-dən verilən məlumata görə, bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən istifadə etməklə istifadəçiləri aldadır, fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.
İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri , yanlış cavablar verdikləri məlum olur. Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, DİM-in adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməlidirlər.
Adətən sosial şəbəkələrdə hansısa tanınmış şəxsin adına saxta hesablar açılırdı. Amma indi birbaşa dövlət qurumlarının fəaliyyətinə xələl gətirmək üçün saxta hesabların açılır ki, bu da ciddi ajiotaja səbəb olur. Bu səhifələrin yardılmasında kimlərin marağı olduğu bəlli deyil.
Məsələyəmünasibət bildirən internet-media ekspert Səbuhi Abbasov“Sherg.az”a açıqlamasında bunun təhlükəli tendensiya olduğunu deyib:
“Dövlətqurumlarının və vəzifəli şəxslərin adına açılan saxta profillər sırf siyasi və sosial manipulyasiya, çaşqınlıq yaratmaq məqsədi ilə reallaşdırılır:
“Ümumiyyətlə, bu saxta səhifələr təxribatdır. Təəssüflə qeyd etmək lazımdır ki, bu insanlar artıq çox peşəkarlaşıblar və kütləni inandıracaq qədər ciddi paylaşımlar edirlər".
Texniki olaraq bu biabırçılıqların qarşısını almağın mümkün olduğunu vurğulayan ekspert deyib ki, təxminən 5 ildən artıqdır, ölkədə peşəkar mobil komandadan ibarət beyin mərkəzinin yaradılmasını təklif edirdim. Bu mərkəz bir sıra mühüm vəzifələri icra etməklə yanaşı, həm də bu kimi xoşagəlməz hadisələrin qarşısını ala bilər:
"Təbii ki, burada peşəkar reaksiya önəmlidir. Tanınmış, strateji post tutan insanların adına yaradılan səhiflərin bağlanılmasını tələb etmək olur. Bunu 2 yolla etmək mümkündür: kütləvi şəkildə şikayət və rəsmi müraciət. Hər iki forma effektivdir və real nəticəyə söykənir ”.
Baş verənləri “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist Səbuhi Məmmədli bildirib ki, belə neqativ hallara yol verənlər birmənalı olaraq dələduzluqla məşğuldurlar:
“Bu cür insanlar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşımalıdır. Çox təəssüf ki, çoxları həmin saxtakarların “tilov”una düşürlər. Məncə, belə işləri həyata keçirənlər fırıldaqçı şəbəkədir.
Bu, insaların ən həssas hislərindən biri olan tələbə adını qazanmaq istəyindən bəhrələnib qazanc əldə etmək cəhdidir. Belə hallarla qarşılaşanların dərhal 102 zəng mərkəzinə müraciət etməsi məsləhətdir”.
S.Məmmədli dövlət qurumlarının adından istifadə etməklə əvvələr də saxta hesabların yaradıldığını deyib:
“İndiyədək Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər qurumların saxta profilləri yaradılıb. Sonradan bu adamlar ifşa edilərək məsuliyyətə cəlb ediliblər. Məncə, DİM-in rəsmi səhifəsi istisna olmaqla, heç bir profilin təklifini dəyərləndirmək gərək deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə