Dəmir Muxetdinov: Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır
10:53 21.11.2020
Cəmiyyət
516
Bu gün tanınmış mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti barədə xəbərlə tanış olanda təəccübləndim. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər.
Bu fikirləri Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov öz “Facebook” səhifəsində paylaşıb.
O deyib: “Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: onlar açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir, utanıb qızarmadan müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə göz yumurlar. Qondarma “Dağlıq Qarabağ respublikası”nın ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılıb! Yüzlərlə tarixi və mədəni abidələr zədələnib. Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları mən vicdansızlıq adlandırardım, xüsusən ona görə ki, Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin fəlakətli vəziyyətə düşməsinə tam etinasızlıq göstərilir.
Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakıda dəfələrlə dünya dini liderlərinin zirvə görüşləri keçirilib. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi.
Lakin Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab edirəm. Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya