Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər”.
Deputat əmindir: “Şahbaz və Dilqəmi ailələrinə qaytaracağıq”
Fidan Həmişəyeva
10:23 05.11.2020
Cəmiyyət
644
Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından köçürülüb. Bu barədə D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlumat verib: “Komitədən zəng vurub bildirdilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumatları yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir.
Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər”.
K.Əsgərov bildirib ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: “Həmin vaxt atam bizə məktub da göndərib. Məktubda atam bildirib ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur".
Baş verənlərlə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, son günlər qondarma rejim öz administasiyasını bütövlükdə İrəvana köçürür. Deputatın sözlərinə görə, bütün bunlar o deməkdir ki, ermənilər rədd olub, torpaqlarımızdan çıxmaq məcburiyyətindədirlər:
“Hesab edirəm ki, təkcə qondarma administrasiyalarını yox, özləri üçün mühüm olan bütün qurumları köçürürlər. Deməli, ermənilər Xankəndi və Şuşanı, həmçinin digərlər torpaqlarımızı rəsmi qaydada boşaltmağa başlayıblar. Hesab edirəm ki, bu, bizim üçün qələbə müjdəsidir”.
E.Məmmədov qeyd edib ki, düşmənin ümidsizliyi və məğubiyyəti, belə çaxnaşmaya düşməsi o deməkdir ki, Azərbaycan Ordusu gücünü yetərincə göstərə bilir:
“Ona görə də başlarını götürüb qaçırlar. Şuşa həbsxanasında saxlanılan günahsız girovlarımızın Ermənistan həbsxanalarına aparılması bununla bağlıdır: Azərbaycan ordusu gəlib, girovlarını azad etməsin.
Amma bir məsələ var. Girovları hara aparırlar aparsınlar, bu gün Azərbaycanda saysız-hesabsız erməni hərbçiləri var.
Hərbi əməliyyatlar başa çatandan və qələbə qazanandan sonra müvafiq işlər görüləcək. Beynəlxalq qayda-qanunlara uyğun olaraq müəyyən qurumlar tərəfindən əsir və girovların qarşılıqlı dəyişdirilməsi prosesi baş tutacaq.
O zaman iki nəfər girov qardaşlarımızı da ailələrinə qaytaracağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət