Deputat erməni jurnalisti ağladıb: “Dedi ki, biz adamlığımızı itiririk” – Ziyalıların görüşü!
Fidan Həmişəyeva
15:33 15.01.2021
Cəmiyyət
693
"Belə bir məqamda iki ölkə ziyalılarının bir araya gəlməsi yaxşı olar"
"Biz haqlıyıq və sözümüzü deməyə meydan lazımdır”
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını alqışlayardı. O söyləyib ki, Bakı və İrəvan səmimi istək nümayiş etdirərlərsə, Rusiya tərəfi onlara bu istiqamətdə hərəkət etmək üçün dəstək verəcək:
“Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar xarakterli tədbirlər keçirməsini yalnız alqışlayardıq.
Fikrimizcə, belə təşəbbüslər barış, qarşılıqlı inam mühitinin formalaşmasına yardım edir, həm Azərbaycan, həm erməni xalqlarına, bütövlükdə Cənubi Qafqaz regionu və Rusiya Federasiyası üçün də faydalıdır”.
Torpaqlarımızı azad edəndən sonra Ermənistanla mədəni münasibətlərin qurulması tərəfdarı olduğun deyən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, başqa yol yoxdur:
“Azərbaycan Ermənistanla qonşudur, kommunikasiyaların bərpası ilə yalnız iqtisadi əlaqələrin qurulması yetərli deyil. Mənəvi-mədəni əlaqələr də qurulacaq, bunun qarşısını almaq mümkün deyil. Qarşılıqlı etimadın yaradılması lazımdır. Torpaqlarımızın azad olunmasına baxmayaraq orada yenə erməni terrorçuları var.
Düzdür, hələ ki, iki ölkə arasında bir-birinə inam yoxdur, rayonlar minalardan təmizlənməyib, hər gün bir hadisə baş verir. Belə bir məqamda iki ölkə ziyalılarının bir araya gəlməsi yaxşı olar. 1992-ci ildə bu münasibətlərin bərpası ilə bağlı ənənəni qoymuşduq.
O zaman mən Mətbuat və İnformasiya naziri olanda erməni yazıçısı Anahit Bayandurun təşəbbüsü ilə Moskvada Ermənistan və Azərbaycan Mətbuat nazirlərinin görüşü olub. Həmin görüşdə bir neçə məqamlara toxunmuşdum.
Söyləmişdim ki, Azərbaycan milləti ermənilər kimi qəddarlıq bacarmır. Bu zaman erməni jurnalist ağlayaraq dedi ki, biz adamlığımızı itiririk. Sonra da hər iki ölkə ziyalıların görüşünü keçirdik. Azərbaycan ziyalılarından Əkrəm Əylisli, Rəhman Bədəlov, Leyla Yunusova var idi. Hətta bəyannamə hazırlamışdıq ki, müharibə heç bir xalqa xeyir verməyib.
Ona görə də savaş dayandırılmalıdır. O zaman hələ 7 rayonumuz işğal edilməmişdi. Hesab edirəm ki, qələbədən sonra belə görüşlər keçirilməlidir. Biz haqlıyıq və sözümüzü deməyə meydan lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat