Deputat: “Ermənilərin iddiaları rədd ediləcək”
Şəymən Bayramova
11:14 27.05.2020
Cəmiyyət
726
“Azərbaycan son məqsədinə- ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq"
"Ermənilər Ramil Səfərov məsələsi ilə əlqədar Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qarşısında iddia qaldıraraq, cinayət işinin yenidən başladılmasını, eyni zamanda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanının ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini tələb ediblər".
Bu sözləri millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, ermənilər həmçinin Ramil Səfərovun azadlığa buraxılmasında Azərbaycan dövlətini ittiham etməyə cəhd göstərirdilər:
"Şübhəsiz ki, onlar bu məqsədlərinə çata bilmədilər. AİHM-i nə cinayətin yenidən başladılması ilə əlaqədar, nə də hər hansı tədbir gösrülməsi ilə bağlı qərar qəbul etmədi. Bu əslində ermənilərin Avropa hüququ qarşısında da növbəti məğlubiyyəti deməkdir. “Makutyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işin adı bu cür idi. Əlbəttə ki, işğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və üstəlik də öz tələbinə AİHM-nin qərarı ilə bir bəraət qazandırmış olsun. Şübhəsiz ki, Azərbaycan AİHM-nin aldığı qərarı doğru hesab edir, çünki bu qərarda ermənilərin heç bir iddiası təmin edilməyib".
Deputat deyib ki, bu məsələ ilə bağlı təkcə ermənilər deyil, eyni zamanda erməni lobbisi və ermənipərəst mərkəzlər də AİHM-nə təzyiqlər edirdilər, müxtəlif vasitələrlə onları qəbul edəcəkləri hüquqi qərardan yayındırmağa çalışırdılar, lakin buna nail ola bilmədilər:
"Ona görə ki, Azərbaycan güclü dövlətdir, beynəlxalq hüququn ən əhəmiyyətli milli aktorlarından biridir və eyni zamanda Azərbaycan işğala məruz qalan tərəfdir. Belə olan halda hansısa hadisəni manipulyasiya edərək müstəqil dövlətin hegemon iradəsinə hər hansı beynəlxalq məhkəmənin qərarını direktiv kimi tətbiq etmək mümkün ola bilməz. AİHM-nin aldığı qərarda beynəlxalq hüquq və onun tətbiqi texniki baxımdan bu məhkəmə tərəfindən düzgün şərh edilib.
Şübhəsiz ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar bundan sonra da bu və ya digər şəkildə istər hüquq-məhkəmə sistemində, istərsə də siyasi qərarların qəbul olunduğu digər beynəlxalq təşkilatlarda rədd ediləcəkdir. Azərbaycan son məqsədinə- ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə