Deputat: “Payız və qış aylarında virus daha geniş yayıla bilir”
Fidan Həmişəyeva
12:48 08.08.2020
Cəmiyyət
731
“Ona görə də insanlarımız çağırışlara ciddi yanaşmalı, məsuliyyətli olmalıdırlar”
“Tibbi maska taxılmalı, sosial məsafə gözlənilməli və gigiyena qaydalarına riayət olunmalıdır”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust tarixi maska taxılması həftəsi elan olunub. Bildirilib ki, maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır:
“Burnunuzu, ağzınızı və çənənizi örtmək şərtilə maska taxın, fiziki məsafəni qoruyun, əllərinizi təmiz saxlayın, kütləvi yığıncaqlardan uzaq durun, öskürəndə və asqıranda ağız və burnunuzu örtün”.
Pandemiyanın yayıldığı ilk gündən maskadan istifadənin zəruriliyi qeyd olunsa da, bir çoxları verilən tövsiyələrə qeyri-ciddi yanaşır. Nəzərə alsaq ki, artıq ölkəmizdə karantin rejiminin yumuşaldılması müşahidə olunur. Bu baxımdan vətəndaşların ikiqat diqqətli olması lazımdır. Ona görə də sosial izolyasiya qaydalarına əməl etmək hər kəsin başlıca vəzifəsidir.
Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, yaranmış şəraitdən çıxmaqdan ötrü bütün yük dövlət və hökumət qurumlarının çiynindədir. Onlar özlərindən asılı olan hər şeyi edirlər.
Parlament üzvü vurğulayıb ki, cənab Prezident İlham Əliyev ilk gündən bildirdi ki, başlıca məqsəd vətəndaşın salamat və sağ qalmasıdır:
“Ona görə də geniş tədbirlər işlənib hazırlandı. Lakin görülən tədbirlərə vətəndaşlarımız adekvat cavab verməsələr, yəni müəyyənləşdirilmiş tələblərə riayət etməsələr, vəziyyət pisləşər, iqtisadiyyatı irəli aparmaq olmaz. Nəticədə ağır vəziyyət yaranar. Hər bir şəxs ilk növbədə özünün, ailəsinin, qohum-əqrabasının sağlamlığını qorumalıdır. Bu isə bütün cəmiyyətin qorunmasına gətirər. Nəzərdən qaçırmayaq ki, payız və qış aylarında virusun daha geniş yayıla bilməsi imkanları artdığı üçün insanlarımız çağırışlara ciddi yanaşmalı, məsuliyyətli olmalıdırlar.Tibbi maska taxılmalı, sosial məsafə gözlənilməli və gigiyena qaydalarına riayət olunmalıdır. Elə etməliyik ki, bu bəladan tez və az itki ilə çıxaq. Hər şey vətəndaşın özündən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm