Deputat: “Prezident Füzuli və Cəbrayıla səfəri ilə nidanı qoydu”
11:12 18.11.2020
Cəmiyyət
533
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda Azərbaycan Xalqı ilə birlikdə qeyd etdiyi Zəfər Bayramı idi. Ələlxüsus da bu səfərin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri “Sherg.az”a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevin 16 noyabr tarixində Füzuli və Cəbrayıl rayonlarına səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında qeyd etdi ki, Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan yenicə azad olmuş, tam təhlükəsizliyi təmin olunmamış, minalardan tam təmizlənməmiş, rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və lidelik nümayiş etdirdi:
“Bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin bu səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir”.
Millət vəkili açıqlamasında Xalq-İqtidar birliyinin sarsılmaz vəhdətini xüsusi vurğulayaraq qeyd etdi ki, bölgələrdə Prezidentin izdihamla qarşılanması Azərbaycan cəmiyyətindəki həmrəylikdən xəbər verir:
“Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. Azərbaycan Xalqı, Müzəffər Ali Baş Komandanını alqışlarla, tükənməz bir sevgi ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hislərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır”.
T.Cəfərova xüsusilə vurğulayıb ki, Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır:
“Beləki, Azərbaycan vətəndaşları ötən illər ərzində qonşu İran dövlətinə səfər edərkən, tarixi Xudafərin körpüsünə uzaqdan, həsrətlə baxırdılar. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış böyük Qələbə nəticəsində bu həsrət sona çatdı. Azərbaycan Xalqı üçün Xüdafərin körpüsü hər zaman birlik, həmrəylik rəmzi olmuşdur. Məhz buna görə də Cənab Prezidentin Xudafərin körpüsünü ziyarət etməsinin böyük rəmzi mənası var”.
Sonda T.Cəfərova qeyd edib ki, Cənab Prezidentin Biz birlikdə güclüyük” şüarı Azərbaycan xalqının güzgüsünə çevrilib:
“Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Bu ideoloji əsası formalaşdıran isə Cənab Prezident, Ali Baş Komandan İlham Əlyevin siyasi iradəsi, qətiyyəti və böyük liderliyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm