Deputat xalqa səsləndi: “Tövsiyə və qaydalara əməl etmək lazımdır”
Turan
15:23 11.05.2020
Cəmiyyət
968
“Hər kəs məsuliyyətli davranaraq özünü və yaxınlarını xəstəlikdən qorumalı, ətrafdakıları risk altına qoymamalıdır”
"Koronavirus infeksiyasının müxtəlif mərhələlərdə səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidi oluruq".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməlidirlər:
"İlk gündən virusun yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilib. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilib. Karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü. Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Lakin əfsuslar olsun ki, aprel ayının 27-dən etibarən ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq koronavirus infeksiyasına yoluxma halları günbəgün artır. Bəzi vətəndaşlarda sanki bir növ arxayınlıq yaranıb, karantin rejiminin qaydalarına əməl etmək istəmirlər. Ancaq biz heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik".
Parlament üzvü bəyan edib ki, bugünə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub:
"Bakıda yeni modul tipli xəstəxananın açılışında cənab Prezident İlham Əliyev bir daha bildirdi ki, "Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır". Ölkədə koronavirusun yayılmasına qarşı əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilk növbədə vətəndaşların təhlükəsizliyinə xidmət edir. Ölkə başçısının da qeyd etdiyi kimi, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür. Buna görə də görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər birimizin üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin. Hər kəs belə bir çətin vəziyyətdə qəbul olunan qaydalara, verilən tövsiyələrə ciddi riayət etməli, məsələyə həssas yanaşılmalıdır. Bütün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi indiki məqamda bir şəxsin məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Virusdan qorunmağın çıxış yolu, müəyyən zaman ərzində evdə qalmaq, zərurət olmadıqda bayıra çıxmamaqdır. Buna görə də pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərərək, özünütəcrid kimi çox vacib bir tələbə riayət etməliyik".
A.Məmmədov vurğulayıb ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 837 nəfərdir:
"Yoluxma sayı sağalma sayından yüksək olaraq qalmaqdadır. Təbii ki belə olduğu təqdirdə yeni qabaqlayıcı addımlar atılması və karantin rejiminin uzadılması və ya sərtləşməsi zəruri hal alır. Mən bütün vətəndaşlara səslənirəm ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarını ardıcıllıqla yerinə yetirməlidir. Bu səbəbdən də hər biriniz məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməklə həm özünüzü, həm də yaxınlarınızı xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalısınız".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət