Deputat xalqa səslənib: “Gəlin məsuliyyətli və anlayışlı olaq !”
Fidan Həmişəyeva
09:02 10.06.2020
Cəmiyyət
937
“Həm özümüzü, həm də digərlərini qoruyaq”
“Təəssülər olsun ki, koronavirus adlı bəla hələ də davam etməkdə, iqtisadiyyatları çökdürtməkdə, insan həyatlarını məhv etməkdədir. Hələ də bu bəla ilə bağlı dünyada, bir çox ölkələrdə insanlıq dramları, faciələri yaşanmaqdadır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Millət vəkili təəssüflə qeyd edib ki, dünyanın bir parçası olaraq, bu bəladan, virusdan yana keçə, ötüşə bilmədik:
“Bu bəla, bu virus bizə də bulaşdı, "çağırılmamış qonaq" kimi, bizlərin də qapısını döyüdü. Amma üstünlüyümüz ondandır ki, biz bu bəlanın ciddiliyini, nələrə qadir ola biləcəyini vaxtında, zamanında anladıq və qəbul etdik. Xüsusilə də, cənab Pezidenti İlham Əliyev bu məsələdə ilk gündən, ilk andan öz qətiyyətini, iradəsini, cəsarətini ortaya qoydu”.
Millət vəkili bildirib ki, hər kəs qoyulan qaydalara, tələblərə və şərtlərə əməl etməlidir:
“Çünki bunlar ilk növbədə vətəndaşlarımızın özləri, sağlamlıqları üçün lazımdır. Eyni zamanda, yaxınındakı, ətrafındakı insanların həyatının təhlükə və risk altına qoyulmaması üçün gərəkdir. Kiminsə infeksiyaya yoluxması nəticədə onlarla insanın həyatını, sağlamlığını risk və təhlükə altına salmış olur. Odur ki, hər kəs kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, verilən, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kim laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməlidir, onlardan verilən qaydalara və qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər. Qayda, qanun hamı üçündür və hamı da ona tabe olmalıdır. Burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz”.
E.Səlimov bildirib ki, hələ də məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyil ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risk altına alan vətəndaşlarımız var:
“Onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər. Yumşaldılma tədbirləri o demək deyil ki, təhlükə, bəla sovuşub gedib. Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək, deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq. Qanunvericilik səviyyəsində müəyyən sərtləşdirmələr, cəzalar nəzərdə tutulur. İstəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə hər kəsə səslənirəm ki, gəlin məsuliyyətli, anlayışlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya