Deputatdan ÇAĞIRIŞ: “Gəlin, sosial məsuliyyəti bərabər bölüşək və...”
Şəymən Bayramova
08:58 26.06.2020
Cəmiyyət
828
“Cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq. Çünki biz birlikdə güclüyük!”
“Qaydalar çox sadədir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur”
Azərbaycanda daha 547 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib.
Koronavirusa qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə rəğmən virusa yoluxma hallarının bu həddə çatması ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Bu mənada Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi ciddi karantin rejiminə adekvat ictimai dəstəyin təmin edilməsi təklif edilir. Ekspertlər hesab edir ki, mart ayından etibarən tətbiq olunan xüsusi karantin rejiminin ilk günündən başlayaraq vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.
Ölkə vətəndaşlarını koronovirus pandemiyasına qarşı birgə mübarizəyə çağıran millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında deyib ki, gəlin, sosial məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq. Çünki biz birlikdə güclüyük!
Millət vəkilinin sözlərinə görə, koronuvirusla "müharibə" nin sonunda kimin qalib, kimin məğlub olacağı həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə necə uymasından asılı olacaq:
"Unutmayın ki, tanımadığınız bir insanla təsadüfi qarşılaşma sizə səhhətiniz , sağlamlığınız və hətta həyatınız bahasına başa gələ bilər.
Biz bir şeyin fərqində olmalıyıq ki, bir sosial fərdin taleyi digərinə bağlıdır.
Sosial fərd adlandırdığımız insanların içərisində isə bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız , qardaş – bacılarımız , valideyinlərimiz , dsotlarımız da var".
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfər çərçivəsində yeni modul tipli xəstəxananın açılışındakı nitqinə diqqət çəkən millət vəkili ölkə rəhbərinin koronovirus təhlükəsi ilə bağlı olduqca mühüm məsələlərə toxunduğunu qeyd edib:
"Əlbəttə, modul tipli xəstəxanaların tikilməsi Azərbaycan dövlətinin koronovirusa qarşı necə tədbirli olmasını özündə ehtiva edir. Ancaq nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa olsun xidmət göstərəcək ixtisaslı kadrlar , insan resursları, həkimlər olmasa bunlar sadəcə sitatistika olaraq qalacaq. İnsan resursları, ixtisaslı kadrlar bir günə bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər. Gərək hər bir vətəndaş obyektiv reallığı nəzərə alaraq öz sağlamlığının qeydinə özü qalsın. Heç olmasa virus daşıyıcısı olub başqalarını yoluxdurmasın.
Hazırki vəziyyətə diqqə çəkən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər.
Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz".
H.Babaoğlunun sözlərinə görə, Prezidentin bu fikirləri əslində cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir. Eyni zamanda Operativ Qərargah daha sərt qaydalar tətbiq etməlidir:
"Bunların sırasında cərimələrin artırılması da nəzərsən keçirilə bilər. Görünür, bəzi adamlar üçün karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırki cərimələri ödəmək elə də maddi çətinlik yaratmır. Düşünürəm ki , cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün yaxşı bir effektiv vasitə ola bilər" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
00:02 08.06.2026
Dünya
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb
23:35 07.06.2026
Dünya
Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb
23:14 07.06.2026
Hadisə
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə