Məlum olduğu kimi, münaqişə tərəfləri əsir düşmüş şəxslərin qarşılıqlı qaytarılması məqsədilə siyahıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriblər. Ermənistan baş nazirinin ifadələrindən görünür ki, əsir və girovların qarşılıqlı dəyişdirilməsi sadəcə 44 günlük müharibəyə şamil edilməyəcək. Bu o deməkdir ki, 6 ildən çoxdur ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla fərqli dövrlərdə ermənilərə əsir düşmüş vətəndaşlarımızın da dəyişdirilməsi mümkün olacaq.
Dilqəm və Şahbazın üzünə qapı açılır
Turan
09:16 08.12.2020
Cəmiyyət
683
Yeni ilə qədər əsir və girovların dəyişdirilməsi baş tutacaq
Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində əsir və girovların qaytarılması məsələsinə toxunub. Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsirlərin mübadiləsi prosesi “hamının hamıya” prinsipinə uyğun həyata keçirilməlidir. Paşinyan deyib ki, yalnız müharibə zamanı deyil, həm də müharibədən əvvəl tutulan şəxslər haqda danışıqlar aparılmalıdır: “Elə mexanizmlər yaratmaq lazımdır ki, gələcəkdə yeni adlar bilinsə, o zaman onların dəyişdirilməsində problem yaranmasın”.
Məlum olduğu kimi, münaqişə tərəfləri əsir düşmüş şəxslərin qarşılıqlı qaytarılması məqsədilə siyahıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriblər. Ermənistan baş nazirinin ifadələrindən görünür ki, əsir və girovların qarşılıqlı dəyişdirilməsi sadəcə 44 günlük müharibəyə şamil edilməyəcək. Bu o deməkdir ki, 6 ildən çoxdur ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla fərqli dövrlərdə ermənilərə əsir düşmüş vətəndaşlarımızın da dəyişdirilməsi mümkün olacaq.
Baş nazirin açıqlaması ilə bağlı “Şərq”ə danışan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov vurğulayıb ki, əsir və girovların qarşılıqlı qaytarılması 10 noyabr Bəyanatında öz əksini tapıb. Hüquq müdafiəçisi deyib ki, Bəyannamədəki daha ciddi, Ermənistan üçün ağır zərbə sayılan bəndlər artıq icra olunub. Həmin bəndlərin yanında əsir və girovların dəyişdirilməsi məsələsi sadə prosedurdur:
“Yerevan tərəfi anlaşmadakı müddəaların heç birini poza bilməz. Rusiya Prezidenti Vladimir Putin konkret bəyan edib ki, razılaşmaya əməl etməmək Ermənistan üçün intihar olar. Həm də hazırkı situasiyada əsir və girovlar məsələsi Yerevan üçün daha mühümdür. Hətta bunu həyata keçirmək üçün Rusiya rəsmilərinə yalvarırlar.
Bizə əsir düşmüş yüzlərlə erməni gəncin ailəsi hər gün hökumətə etiraz edir, övladlarının geri qaytarılmasını istəyirlər. Azərbaycan hər zaman humanist addımlara sadiqliyini nümayiş etdirib. Bütün dövrlərdə əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olmuşuq. Ermənistan isə hər dəfə bundan imtina edib.
Ancaq indi Paşinyan hökumətinin əsirləri qaytarmaqdan başqa çıxış yolu yoxdur. Budəfəki prosesdə Rusiya sülhməramlıları da iştirak edir. Fikrimcə, məsələ tezliklə müsbət həllini tapacaq. İnanıram ki, yeni ilə qədər əsir və girovların dəyişdirilməsi baş tutacaq”.
Ə.Şahidovun qənaətincə, söhbət sadəcə 44 günlük müharibədə əsir düşən əsgərlərimizin dəyişdirilməsindən getmir. Qarabağda münaqişə başlayandan bu yana əsir kimi qeydiyyata düşmüş və hazırda Ermənistanda saxlanılan nə qədər azərbaycanlı varsa, onların da qaytarılması üçün müzakirələr aparılacaq:
“Bizim üçün xüsusi önəm daşıyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin danışıqlar çərçivəsində Azərbaycana təhvil verilməsi mümkündür. Yeni ilə kimi onlar da qaytarıla bilər. Tələblər Azərbaycan tərəfdən irəli sürülüb və bununla bağlı intensiv iş gedir. Ermənistan hökuməti və xalqı inad göstərəcək durumda deyil. Dilqəm və Şahbaz hadisəsi başını itirmiş ermənilərin ən axırıncı düşündükləri məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət