DİN avtomobillərdə uşaqların daşınması qaydaları ilə bağlı müraciət edib
Yusif Nəzərli
10:56 27.06.2025
Cəmiyyət
486
Daxili İşlər Nazirliyi avtomobillərdə sərnişinlərin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı sürücülərə müraciət edib.
DİN-dən Sherg.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir: "Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəin ki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır".
Bildirilib ki, sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar: "Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdır. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənimizi çıxarmaq qadağandır.
Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə