"DİN media ilə işləmək istəyir"
Şəymən Bayramova
10:55 19.05.2020
Cəmiyyət
891
“Nazirlik sadəcə jurnalistlərdən hüquq- mühafizə orqanları ilə bağlı xəbərlərə xüsusi həssaslıq tələb edir”
“Amma çox yaxşı olar ki, DİN-in mətbuat xidməti də jurnalistlərin müraciətlərinə operativ reaksiya versin”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
DİN rəsmisi xahiş edir ki, Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər.
E. Zahidov hesab edir ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, DİN-in müraciəti qurumun KİV-lə işləmək istəyinin bir göstəricisidir:
"Hər hansı bir məlumat saytlarda gedəndən sonra DİN-in təkzib yayıb, həmin media orqanı ilə bağlı hüquqi iş açması heç kəs üçün xoşagələn hal deyil. Çox yaxşıdır ki, DİN bəri başdan xəbərdarlıq edir ki, polis əməkdaşları və DQ hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi məlumatlar yaymazdan əvvəl Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparılsın. Bu da tam normal bir müraciətdir.
Nəzərə almaq lazımdır ki, DİN əməliyyat orqanıdır, hansısa jurnalist və ya sosial şəbəkə istifadəçisinin əldə etdiyi foto faktlar əməliyyat zamanı da çəkilmiş ola bilər. Bu mənada insanlarımız bu cür məsələlərdə bir az ehtiyatlı davranmalıdırlar.
Bu eyni zamanda qanunvericilikdən irəli gələn bir tələbdir. Həmçinin DİN-in media nümayəndələrinə qarşı bir humanist yanaşması kimi dəyərləndirmək olar. Hadisə olub keçəndən sonra araşdırma aparıb cinayət işi açılanda problem çox uzanır. Amma bu xəbərdarlıq fonunda DİN sadəcə jurnalistlərdən hüquq- mühafizə orqanları ilə bağlı xəbərlərə xüsusi həssaslıq tələb edir.
Amma çox yaxşı olar ki, DİN-in mətbuat xidməti də jurnalistlərin müraciətlərinə operativ reaksiya versin. Elə informasiyalar olur ki, operativliyi itəndən sonra tirajlanmasının heç bir əhəmiyyəti qalmır".
Sosial şəbəkələrdə yayılan məlumatların tənzimlənmsinə gəlincə, M.Ələsgərli deyib ki, bu proses daha mürəkkəbdir:
"Təbii ki, “fake” olmayan profillər tərəfindən yayılan foto və məlumatlarla bağlı qanunvericiliyin tələblərinə uyğun əlaqə saxlayıb yanlışlığı aradan qaldırmaq olur. Bunun bağlı KİV haqqında qanunvericiliyi və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunvericiliyə müəyyən dəyişiklik edilib ki, bütün bunlar onlayn informasiya resurslarının fəaliyyətini tənzimləməyə imkan verir. Amma müşahidələr göstərir ki, neqativ, anti-milli və anti-dövlət xarakterli informasiyalar çox vaxt saxta profillərdən yayılır. Əksəriyyəti heç ölkə ərazisində belə olmurlar. Bu cür şəxslərin müəyyənləşdirilməsi və haqlarında hüquqi ölçü götürülməsi çox çətin olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya