Diqqət Anar Eyvazova yönəlib ! - Müdafiə Nazirliyi təbliğatı yaxşı qurub
Məlahət Rzayeva
10:43 29.09.2020
Cəmiyyət
7968
Onu bütün ölkə tanıyır artıq. Anar Eyvazov – xalqımıza kəndlərimizin işğaldan azad edildiyi müjdəsini verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi.
Erməni separatçılarının cəbhədə növbəti təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi uğurlu əks-hücumlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad edilməsi, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postlarının darmadağın edilib hakim yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərini xalqa məhz Anar Eyvazov verdi.
Sentyabrın 27-si keçirilən brifinqdə bu müjdəli xəbəri verərkən A.Eyvazovun səsindəki həyəcanı və sevinci o anda ekran qarşısında dayanmış hər kəs duydu. İndi bütün ölkə Anar Eyvazovun efirdə tez-tez görünməyini arzulayır; daha hansı kəndlər, hansı ərazilər mənfur erməni tapdağından təmizlənib, bunu eşitmək istəyir xalqımız. Biz bu xəbərləri eşidəcəyimizə inanırıq.
Kimdir Anar Eyvazov? Qeyd edək ki, bu günlərdə Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.
Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.
Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına isə polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.
Birinci Qarabağ savaşının iştirakçısı, Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu “Şərq”ə açıqlamasında Anar Eyvazovun təyinatının uğurlu olduğunu dedi:
- Məncə, uğurlu təyinatdır. İlkin təəssürat yaxşıdır. Anar Eyvazov düzgün seçilmiş kadrdır. A.Eyvazova uğurlar arzulayırıq. Amma əlbəttə, hamımız, bütün xalq qələbə xəbərini Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlıdan gözləyir. Ümir edirik ki, Ali Baş Komandan xalqın bu istəyini nəzərə alacaq.
R.Kərimoğlu qeyd etdi ki, son zamanlar cəmiyyətə informasiyanın çatdırılması baxımından irəliləyişlər var:
- Cəmiyyətə vaxtaşırı xəbərlər verilir. Bu da cəmiyyətin məlumatlandırılması baxımından çox yaxşıdır. Müdafiə Nazirliyi bu sahədə müsbət dəyişikliyə nail olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm