Dondurulmuş məhsullarda koronavirus... ! – “Dərhal məhv edilməlidir”
Fidan Həmişəyeva
10:59 17.08.2020
Cəmiyyət
966
Braziliyadan Çinə ixrac olunan dondurulmuş toyuq qanadı məhsullarında koronavirus infeksiyası aşkarlanıb. Bu barədə Çinin Quanqdonq əyalətinin Şenzen şəhərinin rəsmiləri bildirib. İyun ayından bəri idxal olunan ət və dəniz məhsulları, eynilə məhsulların depolandığı sahənin işçiləri koronavirus testindən keçirilib. İşçilərin və anbardakı digər məhsulların test nəticələri neqativ çıxıb. Təkcə Braziliyadan gələn məhsullarda infeksiya aşkarlanıb.
Ət və dəniz məhsullarında koronavirus infeksiyasının aşkarlanmasına münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, virusların böyük əksəriyyəti bir çox xəstəliklərin yayılması üçün vasitədir. Ekspertin fikrincə, qida məhsullarında virusun olması qeyri-adi hal deyil:
“Virusun özü həm bizim üçün, həm də canlı aləm üçün mikorqanizmdir. Onun üçün də virus qidalı mühitdə çıxış edə bilər. Dondurulmuş məhsul olsa belə, virus həmin məhsulun tərkibində olur, eyni zamanda bir mühitdən digərinə gedib yayıla bilər”.
E.Fərzəliyev qeyd edib ki, virusların hər biri xəstəliklərin yayılması üçün əsas amil kimi çıxış edir:
“Bu baxımdan toyuq məhsulunda viruslar xəstəliyin yayılması üçün bir vasitə kimi qəbul oluna bilər. Adətən virusa yoluxmuş məhsullar qidalanma üçün yararsız hesab edilir. Bəzi sanitar norma və qaydalarda bu məsələlər öz əksini tapır. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (QTA) bu məsələ ilə bağlı müəyyən məqamları şərh edir. Lakin sanitar norma və qaydalara riayət etmək cəmiyyətin vəzifəsidir. Eyni zamanda bu işlə məşğul olan insanlar və təşkilatlar da sanitar qaydalara əməl etməlidir.
Ekspert vurğulayıb ki, koronavirusa yoluxmuş qida məhsulları istifadə üçün birmənalı olaraq yararsızdır:
“Həmin məhsullar dərhal məhv edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya