“Dönərlər qısa müddət ərzində istehlak olunmalıdır, yoxsa...” – Ölüm saçır !
Fidan Həmişəyeva
12:50 12.06.2020
Cəmiyyət
721
“Bəzi hallarda dönərlər qalır və satılmır”
“Bu hal isə nəinki xərçəng xəstəliyinin yaranmasına, ümumiyyətlə bütün xəstəliklərin yaranmasına səbəb ola bilər”
Türkiyə mətbuatında dönərin sağlamlığa təsiri ilə bağlı maraqlı faktlar yer alıb. “Gida Mühendisleri Odası”nın açıqlamasına görə, uzun müddət bişən dönər kanserogen (xərçəng yaradan) risk daşıyır. Xüsusilə toyuq dönərində uzun zaman bişdikdən sonra salmonella bakteriyası yaranır ki, bu da insanın ölümünə səbəb ola bilər:
“Şişə taxılan dönər 24 saat ərzində istehlak edilməlidir. Ən qorxulusu satılmamış dönər ətinə yeni ətin əlavə olunmasıdır. Bu, zəhərlənməyə gətirib çıxarır. Dönərin tez hazır olması üçün qısa müddətdə bişməsi də zəhərlənmə yaradır”.
Qida Təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, hansısa məhsulun uzun müddət emalı əksində salmonella bakteriyasını məhv edir. Çünki yüksək temperaturun bütün mikrooqranizmlərə təsiri var.
Ekspertin sözlərinə görə, mikrooqranizmlərin həyat fəaliyyəti 18-20 dərəcə temperaturda ən optimal olur:
“30 dərəcə temperaturda mikroorqanizmlərin 20 faizi, 60 dərəcədə isə 80-90 faizi məhv olur. Ona görə də qeyd olunan məlumatda bir az qeyri-müəyyənlik var.
Məncə, uzun müddət istilik emalına məruz qalan məhsulun xərçəng xəstəliyinin yaranmasına səbəb olması ilə bağlı məlumatda qanunauyğunluq, sübut oluna biləcək fakt yoxdur. Çünki bu məsələ bir az tibbi yönə gedir. Xəstəlik törədici bakteriyaların istilik təsirindən məhv olması birmənalıdır. Amma bir həqiqət var ki, dönərlər qısa müddət ərzində istehlak olunmalıdır. Bəzi hallarda dönərlər qalır və satılmır. Bu hal isə nəinki xərçəng xəstəliyinin yaranmasına, ümumiyyətlə bütün xəstəliklərin yaranmasına səbəb ola bilər”.
E.Fərzəliyev bildirib ki, qida məhsullarının saxlanması üçün xüsusi rejimi var:
“Həm isti, həm də soyuq rejiminə düzgün riayət edilməlidir. Hansısa məhsul gah isti, gah soyuq rejimdə saxlanılırsa bu, daha ağır nəticələr verə bilər.
Mikroorqanizmlər istinin təsirindən inkişaf edir və daha da çoxalırlar. Əlverişli mühitdə 10-20 dəqiqə intervalında mikroorqanizm həndəsi silsilə yolu ilə çoxalmaq qabiliyyətinə malikdir. Məhsul istidə qalırsa, sonra soyuqda saxlanıb yenidən istiləndirilirsə, bu zaman mikroorqanizmlərin miqdarı çoxalır. Bu zaman əlverişli mühitə düşəndə onlar insan orqanizminə mənfi təsir göstərirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə