“Dövlət hər zaman gənclərə böyük dəstək göstərir”
Şəymən Bayramova
09:14 21.05.2020
Cəmiyyət
1233
“Dövlət rəhbərliyi daim gənclərimizə çağırışlar edir, onları ölkənin həyatında daha fəal iştiraka səsləyir”
Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir.
Bu fikirləri Prezident İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.
Dövlət başçısının hərzaman ölkə gənclərini dəstəkləyib, onlara hərtərəfli qayğı göstərdiyini vurğulayan siyasi şərhçi Anar İmanov “Sherg.az”a deyib ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir:
" Son zamanlar yüksək vəzifələr daha çox gənclərə həvalə olunur, onlar irəli çəkilir, onlara yüksək inam və etimad göstərilir. Misal üçün, son dəyişikliklər nəticəsində icra hakimiyyətlərində rəhbər vəzifələr daha çox gənclərə həvalə olunur. Son seçkilərdən sonra Milli Məclisdə gənclər daha çox təmsil olunur. Azərbaycanın uğurlu gələcəyi məhz bugünkü gənclərdən asılıdır. Müasir çağırışlara daha çevik reaksiya verə bilən, yeni texnologiyaların idarəolunmasında fəal olan gənclərimiz gələcəkdə çox mühüm işlər görəcəklər. Hazırda da Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar və yaxın gələcəkdə daha da fəal iştirak edəcəklər".
Dövlətin hər zaman gənclərə böyük dəstək göstərdiyini vurğulayan siyasi şərhçi deyib ki, dövlət rəhbərliyi daim gənclərimizə çağırışlar edir, onları ölkənin həyatında daha fəal iştiraka səsləyir:
"Əlbəttə ki, mühüm işlərin görülməsi üçün hər bir gənc öz üzərində işləyib, təhsilini artırmalıdır. Bu məsələdə də dövlətimiz gənclərə böyü dəstək göstərir. Təhsil sahəsində islahatlar həyata keçirilir, bir çox gəncə ölkədə bu məsələdə dəstək göstərilir. Bundan başqa dövlət xətti ilə gənclərimiz xaricdə təhsil alırlar. Bilkilərini, bacarıqlarını, təhsilini artırıb, sabah bu gənclər ölkəmizə dəstək olacaqlar, dövlətimizi daha da gücləndirəcəklər. Bu gün bütün dünyada gənc peşəkarlara daha çox ehtiyac var. Və bu gün Azərbaycanda gənclərin irəli çəkilməsində böyük işlər görülür. Fikirlərimi Prezident İlham Əliyevin sözləri ilə bitirmək istərdim: Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət