Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
“Dövlət hər zaman öz vətəndaşının yanındadır”- Deputat
Şəymən Bayramova
09:49 20.04.2020
Cəmiyyət
883
“Bütün imkanlarını səfərbər edərək vətəndaşların sosial rifahına olan mənfi təsirlərin azalmasına yönəldir”
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir.
Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Millət vəkili Azər Badamov “Sherg. az”a məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirləri müsbət qiymətləndirdiyini deyib:
“Dövlət hər zaman öz vətəndaşının yanındadır. Bütün imkanlarını səfərbər edərək vətəndaşların sosial rifahına olan mənfi təsirlərin azalmasına yönəldir. Bu tədbirlər karantin müddəti bitənədək davam etdiriləcək. Dövlət dəstəyi proqramlarının yerində və vaxtında tətbiqini yüksək dəyərləndirirəm. Görülən tədbirlər sırasında vətəndaşlarımızın iş yerlərinin və əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə yardımın nəzərdə tutulması, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və digər sosial xidmətlərin hamısı təqdirəlayiqdir”.
Pandemiyanın iqtisadiyyatımıza təsirlərinin qaçılmaz olduğunu vurğulayan A.Badamov qeyd edib ki, Prezident ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına mənfi təsirlərini minimuma endirilməsi üçün hökumətə tədbirlər planının hazırlanmasına tapşırıq verdi. Hökumət müvafiq tapşırıqa əsasən 4 işçi qrupu yaratdı və bu işçi qrupları pandemiyanın hansı sahələrə bilavasitə təsirləri çoxdursa müəyyən edərək 3 istiqamət müəyyənləşdirdi:
“Bu istiqamətlər iqtisadi fəallığının qorunub saxlanmasına, məşgulluq və sosial rifahına və makroiqtisadi sabitliyin qorunub saxlanmasına dövlət dəstəyinin göstərilməsindən ibarət oldu. Ölkə əhalisini ən çox narahat edən istiqamət məşğulluq və sosial rifah idi. Çünki bu istiqamət əhalinin sosial rifahına bir başa təsir göstərir. Düşünürəm ki, əhalinin aztəminatlı təbəqəsinə göstəriləcək dövlət dəstəyi xüsusi karantin rejimində evdə qalmağına məcbur olmuş insanlara müvəqqəti çətinliyin yüngülləşməsinə çox köməyi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq