Dövlət qulluqçularının əməkhaqqı fondunu biz də azaltmalıyıq
Məlahət Rzayeva
09:34 16.12.2020
Cəmiyyət
1633
"Azərbaycanın 70-ə yaxın ölkədə səfiri var. Onların bizə nə xeyri oldu bu Vətən savaşında? Amma ildə onlara 500 milyondan çox vəsait xərclənir"
"Rüşvət almış, korrupsiyaya bulaşmış dövlət məmuru nə əfvə, nə də amnistiyaya düşməlidir. Belədə onlar daha yaxşı işləyəcək və korrupsiyaya yol verməkdən çəkinəcəklər"
Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli dərəcədə azaldılacaq. Gürcüstan hökuməti 2021-ci ilin büdcəsində, bununla bərabər, pensiyaların, müəllimlərin, polisin və hərbi qulluqçuların maaşlarını artıracaq. Gürcüstan hökuməti 2021-ci ilin büdcəsini iqtisadi böhran əleyhinə formalaşdırmaq niyyətindədir və bu addımı da o məqsədlə atır. Azərbaycanda iqtisadi böhrandan danışmaq üçün əsas yoxdur. Lakin Gürcüstanın dövlət qulluqçularının əməkhaqqı fondunu azaltmaqla bağlı qəbul etdiyi qərara Azərbaycan prizmasından yanaşmaq mümkündür.
İqtisadçı Əkrəm Həsənov belə düşünür. İqtisadçı “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, başqa dövlətlər üçün də yaxşı nümunə ola bilər:
- Söhbət təkcə Gürcüstan, yaxud Azərbaycandakı məmurlardan getmir. Bütün dünyada orta statistik dövlət məmurunun bir məqsədi var; necə edim ki, az işləyim, amma çox pul qazanım? İstisnaları qoyuruq kənara.
Mən orta statistik dövlət məmuru deyirəm. Məmurlar həmişə çalışır ki, üzərlərinə məsuliyyət götürməsin, məsuliyyəti kimlərinsə üzərinə atsın. Dövlət qulluqçusunun psixologiyası budur.
Onları işlətmək lazımdır. Necə? Əmək haqlarını artırmaq, saylarını isə azaltmaqla. Gürcüstan hökumətinin atacağı addım fikrimcə, buna hesablanıb. Dövlət qulluqçularının əməkhaqqı fondunun azaldılması, onların mövcud əmək haqlarının azaldılacağı demək deyil. Bu o deməkdir ki, məmurların işçi sayı azaldılacaq.
Yəni, ixtisarlar olacaq. Bu, məncə, dövlət qulluqçusunu daha artıq çalışdırmağa, iş əmsalını artırmağa yönəlmiş addımdır. Azərbaycanda da dövlət qulluqçularının sayı çoxdur.
Azərbaycanın 70-yə yaxın ölkədə səfiri var. Onların bizə nə xeyri oldu bu Vətən savaşında? Amma ildə onlara 500 milyondan çox vəsait xərclənir. Böyük dövlətlərdə səfirliyimizin olması yetərlidir.
Bu baxımdan, dövlət məmurlarının sayını azaltmaq, əmək haqlarını isə artırmaq lazımdır ki, rüşvət almasınlar, korrupsiya ilə məşğul olmasınlar.
Deyə bilərsiniz ki, “gözləri doymur” və sairə. Belə deyil. Məsələn, icra hakimiyyəti başçısının maaşı nə qədərdir? Bunu heç kim bilmir, belə məlumat açıqlanmır. Əslində isə açıqlanmalıdır. Olsun, bir neçə min manat.
İcra hakimiyyəti başçısına 15-20 min manat maaş təyin etmək lazımdır, amma demək lazımdır ki, əgər 1 manat da olsa rüşvət alsan, sən əfv edilməyəcəksən.
Rüşvət almış, korrupsiyaya bulaşmış dövlət məmuru nə əfvə, nə də amnistiyaya düşməlidir. Belədə onlar daha yaxşı işləyəcək və korrupsiyaya yol verməkdən çəkinəcəklər.
Əvəzində polisin, müəllimlərin, həkimlərin əmək haqqını artırmaq, pensiya və təqaüdləri yüksəltmək olar. Gürcüstan hökumətinin dövlət məmurları ilə bağlı qərarı bu prizmadan yanaşıldıqda müsbətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya