“Dövlət vətəndaşına tez və yerindəcə dəstək verdi”
Fidan Həmişəyeva
16:15 18.12.2020
Cəmiyyət
634
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində də Ermənistan silahlı qüvvələrinin vəhşi və barbar davranışlarının şahidi olduq. Düşmən hər zaman olduğu kimi bu dəfə də yanlış istiqaməti-mülki əhalini və yaşayış obyektlərini hədəf aldı. Evləri dağılan, ağır xəsarətlər alan və şəhid verən ailələr oldu. Əlbəttə, bütün bunların düşmənin mənfur niyyətinin amansız nəticələridir.
Amma Azərbaycan dövləti öz vətəndaşını naəlaç və naümid buraxmadı. Bütün fors-major hallarda olduğu kimi bu dəfə müharibədən əziyyət çəkən lazımi diqqət və qayğı göstərdi. 6 Noyabr 2020-ci ildə cənab Prezident tərəfindən mülki əhalimizə və dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası və 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanı müəyyənləşdirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Sərəncamla bağlı “Sherg.az”a açıqlama verən "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində təcavüzkar dövlət məkrli niyyətini yenidən göstərdi:
“Mülki əhalimizi, yaşayış obyektlərimizi atəşə tutdu. Nəticədə çoxlu sayda vətəndaşlarımız yaralandı və həlak oldu. Ermənilər sadəcə öz mənfurluqlarına görə xalqımızı uzun illər gərginlikdə saxlayıblar. Bunların hamısı düşmənin iç üzünü sübut edir.
Əslində bütün dünya bundan danışmalıdır. Biz öz yurd-yuvamızda oturduğumuz yerdə və hansısa günahımız olmadığı halda başımıza müsibətlər gətirildi, insanlarımız öldü, yaralandı və şikəst qaldı.
İkinci Qarabağ müharibəsində də ermənilər eyni əməlləri törətdilər. Dövlətimiz sıxıntılara baxmayaraq, vətəndaşlarımızdan diqqət və qayğısını əsirgəmədi. Məlumdur ki, sonuncu müharibə də böyük xərc tələb edirdi.
Lakin ölkə başçısı xalqımızın yanında oldu. Dövlətimiz evinə ziyan dəymiş, əmlakları məhv olmuş əhalimizə dəstək göstərdi. Bunun üçün Ali Baş Komandana təşəkkür edirik. Dövlətin özü çətin durumda olsa da, vətəndaşına tez zamanda və yerindəcə dəstək oldu.
Çoxlu vəsait tələb olunsa da, xalqımıza dəyən zərərin ödənilməsi üçün sərəncam imzalandı. Bu, xalqımızı çox məmnun etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə şəfa versin. Göstərilən dəstək son dərəcə lazımlı idi. Bunun üçün dövlətimizə minnətdarlığımızı bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi