“Dövlət vətəndaşının yanında oldu” – Millət vəkili
Fidan Həmişəyeva
11:23 20.05.2020
Cəmiyyət
754
Musa Qasımlı: “Ən başlıcası, böhranlı şəraitdə Azərbaycan vətəndaşının sağlamlığı əsas götürüldü”
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Ölkə başçısı bildirib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə, bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Pandemiya dövründə 600 min vətəndaşa sosial yardım verildi, özünüməşğulluq proqramında 12 min insan əhatə olunur.
Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, ölkə başçısının müsahibəsində həm yaranmış şəraitdə həyata keçirilən zəruri tədbirlərin əhəmiyyəti, həm də gələcək planlar aydın şəkildə vurğulanıb:
“Cənab Prezident İlham Əliyevin AzTV-yə müsahibəsini diqqətlə dinlədim. Azərbaycan dövləti ölkə başçımızın rəhbərliyi altında bu vəziyyətdən indiyədək az itki ilə çıxmağı bacardı. Ən başlıcası, böhranlı şəraitdə Azərbaycan vətəndaşının sağlamlığı əsas götürüldü. Azərbaycan nümunəsi yaradıldı. Dövlətimiz sosial yardımlar etdi, sahibkarlara vəsaitlər verdi, özünəməşğulluq proqramına maliyyə ayıraraq minlərlə insanı cəlb etdi. Dövlət vətəndaşının yanında oldu. Yeni müəssisələr işə salındı. Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq qutuları göndərildi. İlham Əliyevin liderliyində dövlət və hökumət qurumlarımız mütəşəkkil və çevik işlədilər. Prezidentimizin nitqi belə bir əminlik yaradır ki, ölkəmizin pandemiyadan sonrakı dövrdə də inkişafı üçün bütün planlar var. Xalqımız dövlətimizin yanındadır və bu siyasət davam etdirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə