Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında pandemiya dövründə işsiz kimi qeydiyyata alınan və bu dövrdə qazancını itirmiş şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi bu qəbildən olan insanların həyat şəraitinin davam etməsi üçün bir stimuldur. İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etməyə heç bir ehtiyac da yoxdur. İşsiz şəxslərin qeydiyyatı elektron qaydada və ya Məşğulluq mərkəzlərinə zəng edərək aparılır. Artıq 55 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Bu barədə həmin şəxslərə SMS göndərilir.Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala biləcəklər.
“Dövlətimiz bu həssas dövrdə vətəndaşın yanında olduğunu sübut etdi”