Dövlətimiz çevik davranır: “Bu işdə xalqın da dəstəyi önəmli rol oynayır”
Fidan Həmişəyeva
16:12 05.04.2020
Cəmiyyət
839
“Müəyyən adamlar məsuliyyətsizlik edə bilər, amma ümumi dövlət siyasəti çox məsuliyyətlidir”
Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Bu gün 63 yeni yoluxma faktı qeydə alınıb. Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir.
Ölkəmizdə infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. İlk zamanlar infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı.
Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı.
Əvvəllər ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirusa yoluxanların sayının artması bizi qorxutmamalıdır:
“Küyə düşmək lazımdır deyil. Məlumdur ki, minlərlə azərbaycanlı xaricdən ölkəmizə gətirildi. Onların hamısı karantinə yerləşdirildi. Bəlli müddətdən sonra onlar arasından koronavirusa yoluxmuş insanların aşkarlanması gözlənilirdi. Ona görə də rəqəm getdikcə artır. Əvvəlki günlərə nisbətən xeyli artım müşahidə olunur. Yəqin ki, qarşıdakı günlərdə bu artım bir az da davam edəcək. Həmin adamların demək olar ki, hamısı karantindədir. Onların əhali arasına çıxmasının qarşısı alınıb”.
A.Həsrət vurğulayıb ki, dövlətimiz koronavirusla bağlı çevik davransa da, xaricdən gələn azərbaycanlıların bəzisində virus aşkarlanıb. Təbii ki, həmin insanların digər şəxsləri yoluxdurma şansı yüksəkdir:
“Bu baxımdan yoluxma sayları artan istiqamətdə gedəcək. Əlbəttə ki, dövlətimiz də boş durmur. Karantin tədbirlərinin sərtləşdirilməsi effektlərini yavaş-yavaş verməyə başlayacaq. Bir neçə gündən sonra hiss edəcəyik ki, ölkədə yoluxmaların qarşısının alınması üçün addımlar atılır. Digər tərəfdən də tibbi hazırlığımızı daha yüksək mərhələyə çatdırmaqdayıq. Dövlət konkret olaraq xəstəxanalar ayırıb, tibbi personalın demək olar ki, hamısı səfərbər olunub. Həmçinin ehtiyac yaranacağı təqdirdə hərbi hospitalların belə hərəkətə keçməsi və yaxud açılması üçün işlər görülür. Bütün bunlar vətəndaşlarımızın məsuliyyəti ilə birlikdə Azərbaycanın bu bəladan az itki ilə qurtulması üçün imkan yaradır. Ən əsası odur ki, həqiqətən də dövlətimiz çox məsuliyyətli davranır. Təbii ki, müəyyən adamlar məsuliyyətsizlik edə bilər, amma ümumi dövlət siyasəti çox məsuliyyətlidir. Xüsusilə də cənab Prezidentin davranışları bizi əmin edir ki, koronavirus bəlasından az itkin ilə qurtula biləcəyik.
Xalqımız tədbirləri anlayışla qarşılayır. Xüsusilə “Evdə qal” çağırışları əhalinin böyük əksəriyyəti tərəfindən ciddiyə alınır. Çünki küçədə nə qədər az adam olsa, yoluxma halları bir o qədər azalacaq. Təbii ki, belə etməklə həm özümüzü qorumuş olacağıq. Düzdür, evdə uzun müddət oturmaq sıxıntılıdır. Lakin nəzərə almaq lazımdır ki, ev də ac qalmaq uzun müddət xəstəxanada yatmaqdan və həyatdan məhrum olmaqdan daha yaxşıdır. Ona görə də dövlətimiz çevik davranır. Bu çeviklikdə xalqımızın dəstəyi önəmli rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya