Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.
“Dövlətin məqsədi insanları bu virusdan qorumaqdır”
Şəymən Bayramova
13:36 07.07.2020
Cəmiyyət
673
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.
Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Koronavirusla mübarizə sahəsində görülən işlərlə bağlı "Sherg.az"a danışan həkim Allahverdi Alıyev deyib ki, dövlətin əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. O, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını deyib.
Həkimin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik:
"Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə quraşdırılan modul tipli xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar quraşdırılıb. Bütün bu addımların atılmasında
əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir.
Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fədakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər".
Azərbaycan cəmiyyətinin məsuliyyətli və nizam-intizamlı olduğunu vurğulayan A. Alıyevin sözlərinə görə, hər bir vətəndaş öz sağlamlığını qorumalıdır. Bunun üçün vacib olan qayda və qanunlara riayət etməli, özünü və ətrafındakıları qorumalıdır. Bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Hökumətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi strategiyanın mükəmməliyinə toxunan həkim diqqətə çatdırıb ki, Azərbaycan dövləti
tərəddüdsüz insanların sağlamlığını prioritet elan etdi və heç bir sosial layihə təxirə salınmadı, ixtisarlar olmadı:
" Məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır. Ən önəmlisi isə odur ki, Azərbaycan bu çətin zamanda təkcə öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Həmrəyliyi sözdə yox, əməldə göstərən
Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə