“Dövlətin müəyyən etdiyi qaydalara əməl etmək lazımdır” – Başqa çarə yoxdur !
Şəymən Bayramova
08:19 08.04.2020
Cəmiyyət
855
“İnsanlarımız koronavirusun ciddi təhlükə olduğunu artıq qəbul etməli və özlərini ətraf aləmdən təcrid etməlidirlər”
Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə çoxalır. İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçib.
Həkim- infeksionist Vasif Əliyevin “Sherg.az”a dediyinə görə ölkəmizdə virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır:
“ Koronavirusa qarşı mübarizə istiqamətində Azərbaycanda yetərli qədər qabaqlayıcı tədbirlər görülüb. Lakin bütün bu qaydalara və xüsusi karantin rejiminə rəğmən virusa yoluxanların sayında müşahidə edilən artımın səbəbi insanların karantin qaydalarına riayət etməməsidir. Həm də ki bu rejimin tətbiqində məqsəd Azərbaycanda koronavirusa yoluxmanın sürətini minimuma endirmək idi. Yoluxmanın və müəyyən artımın qarşını almaq mümkün deyil. Hesab edirəm ki, insanlarımız koronavirus infeksiyasının ciddi bir təhlükə olduğunu artıq qəbul etməli və özlərini ətraf aləmdən təcrid etməlidirlər.
Əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət tərəfindən müəyyən olunan qaydalara tam əməl etmək lazımdır”.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər 717 yoluxma faktı qeydə alınıb, xəstələrdən 44 nəfəri sağalıb, 8 -i vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, ciddi artımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat