"Dözmək lazımdır, bu bəladan ancaq elliklə qurtula bilərik" - Elçin Şıxlı
Şəymən Bayramova
07:14 27.03.2020
Cəmiyyət
1231
Yeni Covid-19 infeksiyası hazırda bütün dünyanın mübarizə apardığı, hər gün çoxlu sayda insanın ölümünə səbəb olan ümumbəşəri bir pandemiyadır.
Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər.
Bununla belə hələ də bəzi insanlar təhlükənin real olduğunu başa düşmür, hətta infeksiyanın olmadığı iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışırlar.
Başa düşmək lazımdır ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq. Bu gün ən vacib, yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə çıxış yolu evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmamaqdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Sherg.az”-a açıqlamasında infeksiya ilə mübarizə istiqamətində dövlət tərəfindən görülən tədbirləri müsbət qiymətləndirdiyini deyib və özü də gigiyena və izolyasiya qaydalarına əməl etdiyini bəyan edib:
“Təmizliyə daha çox diqqət yetirirəm. Evdə qalmaq məsələsinə ümumən riayət edirəm, amma ərzaq dalınca çıxmaq lazım gəlir. İşimizi hökümətdən əvvəl online qurmuşuq, ayın 15-dən bu rejimdə çalışırıq. Sadəcə dostlarla canlı ünsiyyətin olmaması adamı darıxdırır. Amma dözmək lazımdır. Bu bəladan ancaq elliklə qurtula bilərik. Sabaha ümidi itirməmək lazımdır! Sabah hər şey daha yaxşı olacaq”.
E. Şıxlı hesab edir ki, vəziyyətin bu qədər təhlükəli olduğu bir vaxtda pandemiyanı ciddiyə almayanlar dar düşüncəli və məsuliyyətsiz insanlardır:
“Zənnimcə, ağlı başında olan adam, dünya xəbərlərini izləyən kəs bunu özü dərk etməlidir. Təşviş hissi isə təbii bir məqamdır. Sadəcə, savadsızlar təşvişdən sonra qorxudan başlarını itirirlər. Əhali arasında maarifləndirmə tədbirləri gücləndirilməli və hər kəs izolyasiya qaydalarına əməl etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət