DTX artıq vəzifəsinin başındadır
06:47 25.12.2020
Cəmiyyət
592
Ən qısa zamanda Şuşaya kütləvi köç üçün şərait yaradılır
Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.
Binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalıb, hazırda DTX-də xidmət edən leytenant U. Bəylərov Dövlət bayrağını qaldırıb. Dövlət himni səsləndirilib.
Bu, onu deməyə əsas verir ki, ən qısa zamanda Şuşaya kütləvi köç üçün lazımi şərait yaradılır. Hüquq müdafiəçisi Əliməmməd Nuriyevin məsələyə dair “Şərq”ə açıqlaması da bu fikri təsdiq edir:
“Bu çox əhəmiyyətli və həm də strateji məsələdir. Çünki Şuşa təkcə Qarabağ yox, bütün Azərbaycan üçün mərkəzdir. Nəzərə almaq lazımdır ki, gələcəkdə yeni təxribatlar törədilə bilər.
Bu baxımdan Şuşada DTX-nin inzibati binasının olması ehtimal edilən təhlükələrin qarşısını almaqdan başqa, həm də ərazidəki terrorçuların zərərsizləşdirilməsindən ötrü zəruri idi.
Qarabağ qondarma respublikasının prezidenti Araik Arutyunyanın terrorçu və cinayətkar olduğu məlumdur. O, müharibə cinayəti törədib. Əslində bu əməlinə görə rus sülhməramlıları Arutyunyanı həbs etməlidirlər. Əgər bacarmırlarsa, onların işlərini bizim DTX görər”.
Ə.Nuriyev həyata keçirilməli başqa məsələlərdən də danışdı:
“Dediyim kimi, xüsusi əməliyyatlar təşkil olunmalı və Araik həbs edilməlidir. Bilirsiniz ki, Qarabağda polis əməkdaşlarımız da var. Amma bu, kifayət deyil.
Laçında Azərbaycanla Ermənistan arasında sərhəd qoşunlarımızın və gömrük xidmətinin strukturu olmalıdır. Bu tərəfə keçmək istəyən insanlar və onların yükləri ciddi yoxlanılmalıdır.
Qeyri-azərbaycanlının, cinayətkarın Azərbaycana, o cümlədən azad olunmuş torpaqlarımıza daxil olmasına icazə verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm