“Dünya azərbaycanlıları bir bayraq ətrafında birləşiblər" – Qürurverici mənzərə
Fidan Həmişəyeva
13:47 27.10.2020
Cəmiyyət
720
“Diaspor fəallarımız informasiya təbliğatında fəal rol oynayırlar”
“Azərbaycan əleyhinə yazılan komment və postlara faktlarla cavab verirlər”
“Onların silinməsinə nail olurlar. Soydaşlarımız ordumuza maddi və mənəvi dəstək olurlar”
Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.
Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib. Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndiriblər. Soydaşlarımız Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar. Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.
Bu gün yalnız Böyük Britaniyada deyil, digər xarici ölkələrdə haqq səsimizin dünyaya bəyan edilməsi vacibdir. Sevindirici haldır ki, xaricdə yaşayan azərbaycanlılar bir yumruq kimi birləşiblər. Az qala dünyanın bütün ölkələrində işğalçı Ermənistanın törətdiyi Gəncə terroru və ölkəmizn haqq savaşı ilə bağlı aksiyalar təşkil olunur. Düşmənin əsl mahiyyəti, iç üzü dünyaya çatdırılır.
Mövzu ilə əlaqədar “Sherg.az”a danışan diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, Ermənistan ordusunun Qarabağa hücumları ilə bağlı xarici mətbuata və beynəlxalq təşkilatlara, yerli cəmiyyətə çatdırılmasında Azərbaycan diaspor təşkilatlarının, xüsusilə soydaşlarımızın rolu xüsusi qeyd edilməlidir. Ekspert vurğulayıb ki, bu gün dünyanın hər bir yerində yaşayan soydaşlarımız vətən üçün nəsə etməyə çalışır:
“Diaspor fəallarımız informasiya təbliğatında fəal rol oynayırlar. Azərbaycan əleyhinə yazılan komment və postlara faktlarla cavab verirlər. Onların silinməsinə nail olurlar. Soydaşlarımız ordumuza maddi və mənəvi dəstək olurlar. Biz bunu sosial şəbəkələrdə aparılan təbliğatda da görürük. Vətənimiz üçün daxildə və xaricdə gözəl mənzərə yaranıb. Azərbaycan Ordusunun uğurları hər kəsi bir bayraq ətrafında birləşdirib. Demək olar ki, siyasi mənsubiyyətindən, siyasi baxışından aslı olmayaraq hər kəs birliyə, həmrəyliyə töhfə verir. Xarici ölkələrdə ordumuza dəstəklə bağlı baş tutan aksiyalar, mitinqlər təsdiqləyir ki, həmrəyliyimiz hansı səviyyədədir. Yaranan mənzərə qürurvericidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət