Dünya, susma, danış! – “Bərdə soyqırımı hərbi cinayətdir”
Fidan Həmişəyeva
12:48 29.10.2020
Cəmiyyət
809
“Hər şey göz önündədir. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, Cenevrə Konvensiyasına məhəl qoymur”
Ermənistanın mülki vətəndaşlarımızı atəşə tutması düşmənin iyrənc niyyətini sübut edir. Azərbaycanın sürətlə artan nüfuzu, hərbi uğurlarımız düşməndə qıcıq və qısqanclıq yaradır. Lakin ordumuz illərlə düşmən tapdağı altında olan torpaqlarımızı azad edir. Ölkə rəhbərinin də dediyi kimi, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Azərbaycan əsgəri yalnız öz torpaqlarında hərbi əməliyyatlar aparır. Hər gün döyüş poliqonunda məğlubiyyətə düçar olan Ermənistan ordusu günahsız insanları hədəf alaraq qanlar tökür.
Bərdədə mülki əhalinin raket və top atəşinə tutulması nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Cəsədlərinin toplanmasında belə maraqlı olmayan düşmən ölkəsinin siyasi, ictimai və iqtisadi vəziyyətinin necə olduğunu açıq-aşkar nümayiş etdirir.
Ermənistanın vandallığına dair “Sherg.az”a danışan Mahir Abbaszadə bildirib ki, Bərdədə baş verənlər bir daha düşmənin hərb meydanında ağır məğlubiyyətinin nəticəsidir.
Parlamentari vurğulayıb ki, düşmənin dünya ölkələrinə əsassız yalvarışları, müraciətləri nəticəsiz qalır. Bu baxımdan Ermənistan dinc əhalimizi hədəf alaraq vəhşiliyini göstərir:
“Ordumuzun əzəli torpaqlarımızı düşməndən azad etmək yolunda cəbhədəki uğurlarının artdığı ərəfədə erməni separatçılarının təxribatları və dinc əhaliyə qarşı terror aktları dayanmır.
Bərdə şəhərinin çoxsaylı raket atəşlərinə tutulması nəticəsində mülki əhalinin ölümü və yaralanması bütün ölkəmizi sarsıtdı. Ermənistanla uzun sürən münaqişə şəraitində dinc Azərbaycan əhalisinə qarşı edilən zorakılıq qəbuledilməzdir.
Düşmənin bu davranışı hərbi cinayətdir. Dünya ictimaiyyəti erməni təxribatlarına biganə qalmamalıdır. Hər şey göz önündədir. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, Cenevrə Konvensiyasına məhəl qoymur.
Dünya ölkələri nə üçün susur? Bu baxımdan Azərbaycan haqq savaşında düşmənlə təkbətək vuruşur. Ordumuz bir dəfə olsun düşmənin mülki əhalisini hədəf almayıb. Ermənistan gün keçdikcə zəifləyir.
Ona görə də döyüş meydanında ordumuzla savaşmaq iqtidarında deyillər. Azərbaycan Odusunun döyüş meydanında düşmənə layiqli cavab verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət