Nəticədə 21 nəfər mülki şəxs həyatını itirib, 70-dən çox isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, düşmən oktyabrın 27-də də Bərdə rayonunun Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutub. Atəş nəticəsində aralarında 7 yaşlı Aysu İsgəndərovanın da olduğu üç nəfər qadın həlak olub, 7 nəfər isə xəsarət alıb.
Dünyanın susqunluğu terrorçu dövləti daha da azğınlaşdırır
Turan
06:44 29.10.2020
Cəmiyyət
525
Amma əmin olsunlar ki, Azərbaycan Ordusu döyüş meydanında bu cinayətlərin qisasını çox ağır alacaq
Ermənistan silahlı qüvvələri “humanitar atəşkəs” rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından raket atəşinə məruz qoyur, cinayət əməllərini sürdürür. Dünən erməni quldurları Bərdə rayonuna dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalar atıblar.
Nəticədə 21 nəfər mülki şəxs həyatını itirib, 70-dən çox isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, düşmən oktyabrın 27-də də Bərdə rayonunun Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutub. Atəş nəticəsində aralarında 7 yaşlı Aysu İsgəndərovanın da olduğu üç nəfər qadın həlak olub, 7 nəfər isə xəsarət alıb.
Müdafiə Nazirliyi Bərdə şəhərinin “Smerç” raketləri ilə vurulduğunu deyib. Vurğulanıb ki, ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Ümumilikdə, son bir ayda erməni terroru nəticəsində 69 mülki şəxs həyatını itirib ki, onların 10-u uşaqlardır.
“Humanitar atəşkəs” elan olunandan bu günə qədər mülki obyektlərə qarşı 300-dən artıq mərmi, 10 raket istifadə edilib. Qarabağ cəbhəsində müzəffər ordumuzun qarşısından it kimi qaçan erməni vandalları Bərdə ilə yanaşı, Goranboy, Tərtər və digər rayonlarımıza da intensiv raket atırlar. Bu, Ermənistan rəhbərliyinin hərbi cinayəti və erməni faşizminin davam etdiyini göstərən əyani sübutlardır. Ermənistan bütün əməlləri ilə terrorçu bir dövlət olduğunu dəfələrlə isbatlayıb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində olduğu kimi yenə də faşizmə qarşı, erməni faşistlərinə qarşı vuruşur. Lakin hər zaman olduğu kimi beynəlxalq qurumlar yenə də səssizliyini qoruyur, körpə uşaqları qətl edən erməni terrorçularına qarşı əməli addım atmır, tədbir görmür.
Növbəti erməni vəhşiliyini “Şərq”ə dəyərləndirən millət vəkili Nəsib Məhəməliyev deyib ki, özlərini “insan haqları carçısı” elan edən təşkilatların susqunluğu erməni terrorçularını daha da ruhlandırır:
“Etiraz etməmələri bir yana, əksinə, sürətlə terrorçuları silahlandırmaqda davam edirlər. Allah eləməmiş, əgər bizim ordu səhvən belə bir iş görsəydi, bütün dünya üzərimizə qalxmışdı. Müasir dünyanın reallığı belədir. Müzəffər Azərbaycan Ordusu öz sözünü döyüş meydanında deyir və deyəcək. Azərbaycan əsgəri mənfur ermənilər kimi uşaq qatili ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya