Düşmən bilmir ! - “Bir əsgərimizə görə, minlərlə gəncimiz ayağa qalxır”
Fidan Həmişəyeva
11:15 23.09.2020
Cəmiyyət
1408
“Hərbi komissarlıqda oldum və gənclərimizin necə vətənpərvər olduqlarını gördüm”
“İnanıram ki, Azərbaycanın bütün bölgələrində belə gənclərimiz var. Vətənpərvər gənclərimizlə fəxr edirik”
Son günlər sərhəddə baş verən hadisələr vətəndaşlarımızın hərbi vətənpərvərlik hissini bir daha üzə çıxardı. Təbii ki, xalqımız hər zaman yüksək iradə və əzmkarlığı ilə seçilib. Lakin bu duyğular vəziyyətin gərginləşdiyi zamanlarda özünü daha çox büruzə verir. Bu günə qədər torpaqlarımız uğrunda canını fəda edən igid oğullarımızın sayı kifayət qədər çox olub. Amma bu şücaətlilik, qorxmazlıq və igidlik nümunəsi bugünkü gənclərimizdə də var.
Təsadüfi deyil ki, Şəmkir və Tovzuda baş verənlərdən sonra igid oğulllarımız könüllü olaraq orduya yazılıb. Bütün bunlar onu göstərir ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindircidir və fərəhli bir hissdir.
Xüsusi təyinatlı hərbçi, Qarabağ qazisi Natiq Mehdiyev “Sherg.az”a bildirib ki, şəhid xəbərini eşitmək hər birimiz üçün üzücü bir haldır:
“Mənfur düşmənlərimizə bir məlumatı çatdırmaq istəyirəm: onlar elə bilirlər ki, şəhidlərimiz olduqca bir türkün məhvini yerinə yetirirlər. Amma düşünmürlər ki, hər dəfə şəhid xəbəri eşitdikcə, gənclərimiz ordu sıralarına könüllü getmək üçün daha çox can atırlar. Düşmən bilmir ki, hər vurduqları Azərbaycan əsgərinə görə 5 min-10 min Azərbaycan gəncini ayağa qaldırırlar”.
N.Mehdiyev qeyd edib ki, bir neçə gündür vətənpərvər gənclərimiz könüllü olaraq orduya yazılırlar:
“Qazax rayonu hərbi komissarlığında oldum və gənclərimizin necə vətənpərvər olduqlarını gördüm. İnanıram ki, Azərbaycanın bütün bölgələrində belə gənclərimiz var. Vətənpərvər gənclərimizlə fəxr edirik. Ordu sıralarından yaralandığıma görə tərxis olunmağıma baxmayaraq, mən də könüllü olaraq orduya yazılmışam. İnşAllah tezliklə müharibə başlayar və bizi də çağırarlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat