Ordumuzun qazandığı qələbələri həmz edə bilmirlər. Nə qədər öz uğursuzluqlarını saxta foto və videolar yayaraq ört -basdır etməyə çalışsalar da, artıq özlərini ələ verməyə başlayıblar. Artıq cəbhədəki uğursuzluqlarını gizlədə bilmirlər. Çünki hər şey göz önündədir. Düşmən ordusu öz “yenilməzliyini” itirib. Məğlubiyyəti qəbul etmək istəməsələr də, reallıq hamıya məlumdur .
Düşmən ordusunda XAOS !- “Əsgərlər döyüşməkdən imtina edirlər” - Qaçırlar !
15:00 27.10.2020
Cəmiyyət
770
“Qarabağ bizim dədə-baba yurdumuzdur, Azərbaycan torpağıdır”
“Onlar itirdikləri canlı hərbi itkilərin yerini dolduracaq gücdə olmadıqlarını da yaxşı anlayırlar”
“Artıq ermənilər də dərk edir ki, döyüşmək mənasızdır. Onsuzda məğlub olacaqlar”
Azərbaycan Ordusu sentyabrın 27- dən başlanan düşmən təxribatına qarşı uğurlu əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirir. Döyüşlər artıq bir aydır ki, davam edir. Azərbaycan ordusu ilk gündən başlayaraq düşmənə ağır zərbələr endirir. Hərbi əməliyyatların birinci günündən düşmən ordusu yalan və əsassız məlumatlar yayaraq həm dünya ölkələrini, həm də erməni xalqını aldadır.
Ordumuzun qazandığı qələbələri həmz edə bilmirlər. Nə qədər öz uğursuzluqlarını saxta foto və videolar yayaraq ört -basdır etməyə çalışsalar da, artıq özlərini ələ verməyə başlayıblar. Artıq cəbhədəki uğursuzluqlarını gizlədə bilmirlər. Çünki hər şey göz önündədir. Düşmən ordusu öz “yenilməzliyini” itirib. Məğlubiyyəti qəbul etmək istəməsələr də, reallıq hamıya məlumdur .
Öz yalanlanlarını özləri ifşa etməyə başlayan ermənilər orduda böyük çətinliklərlə üzləşdiklərini, vəziyyətin onlar üçün əlverişli olmadığını etiraf edirlər. Onlar döyüşməkdən imtina edir və qaçırlar. Bu hal isə internetdə özlərinin yaydığı videolarda əksini tapıb.
Bu yaxında döyüş bölgəsinə gedərək əsgərlərimizlə görüşən ehtiyatda olan baş gizir Tapdıq Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, düşməndən fərqli olaraq bizim orduda vəziyyət çox yaxşıdır. Əsgərlərimizin döyüş əzmi və əhval ruhiyyəsi olduqca yüksəkdir:
“15 gün döyüş bölgəsində qaldım. Orada olan vəziyyətlə yaxından tanış olaraq əsgərlərimizin fikirlərini öyrəndim. Ordumuzun döyüş əzmi çox yüksəkdir. Onlar bütün işğalda olan ərazilərimizi azad etmək üçün sonuna qədər döyüşəcəklərini bildirirlər.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin çıxışları, ordumuzda bu mövzu ilə bağlı aparılan təbliğat və təşviqat kampaniyası əsgərlərimizdə ruh yüksəkliyinə səbəb olan əsas amillərdəndir. Ordumuz bütün işğalda olan torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün sonuna qədər döyüşməyə hazırdır və döyüşəcək .
Qarşı tərəfdə isə vəziyyət belə deyil. Ordumuzdan fərqli olaraq düşmən ordusunda olan əsgərlər qaçır. Döyüşməkdən boyun qaçırır, imtina edirlər. Çünki başqa çarələri yoxdur.
Qarabağ bizim dədə-baba yurdumuzdur, Azərbaycan torpağıdır. Artıq ermənilər də dərk edir ki, döyüşmək mənasızdır. Onsuzda məğlub olacaqlar. Boş yerə məhv olduqlarını anlayıb qaçırlar. Neçə illərdir orda yaşasalar da , başa düşürlər ki, həmin yerlər onlara aid deyil. Canlı qüvvəsi tükənən düşmən çıxış yolunu qaçmaqda görür.
Onlar itirdikləri canlı hərbi itkilərin yerini dolduracaq gücdə olmadıqlarını da yaxşı anlayırlar. Ermənilər həmişə gözləri qorxanda qaçmağa başlayırlar. Onlarda vətənpərlik ruhu yoxdur.
Məğlub olandan sonra isə döyüş əzmi tamamilə sıfıra enmişdir. Düşmən döyüşü qazanmağın mümkün olmayacağını qəbul edir və özlərini ifşa etməkdən başqa çarəsi qalmayıb. Çünki artıq həqiqətləri gizlətmək mümkün deyil” .
Aytac
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm