"Hərbi qənimətlər ələ keçirilərkən ilk növbədə qeydiyyata alınır. Əgər onlar istifadəyə yararsızdısa, o zaman ləğv oluna bilər, o cümlədən biz onlardan ya texnika, ya da ehtiyat hissələr kimi istifadə edə bilərik.
Düşmən qənimətləri artıq bizim əmlakımızdır
07:21 10.10.2020
Cəmiyyət
586
Ələ keçirilən texnika və sursat artıq döyüşlərdə ordumuz tərəfindən istifadə oluna bilər
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları davam edir. Geri çəkilən düşmənin hərbi texnikası bölmələrimiz tərəfindən ələ keçirilib. Texnikanın içərisində erməni ordusuna məxsus hərbi geyim, su qabları, çantalar və digər əşyalar var.
Hərbi ekspert Şair Ramaldanov "Şərq"ə açıqlamasında bildirib ki, ələ keçirilən düşmən qənimətləri artıq bizim əmlakımız hesab olunur. Hərbi ekspert vurğulayıb ki, hərbi qənimət kimi ələ keçirilən texnika və sursat artıq döyüşlərdə ordumuz tərəfindən istifadə oluna bilər:
"Hərbi qənimətlər ələ keçirilərkən ilk növbədə qeydiyyata alınır. Əgər onlar istifadəyə yararsızdısa, o zaman ləğv oluna bilər, o cümlədən biz onlardan ya texnika, ya da ehtiyat hissələr kimi istifadə edə bilərik.
Hansısa nasaz vəziyyətindədirsə, qısa müddətdə bərpa olunaraq orduya veriləcək. Cəbhə bölgəsində ələ keçirilən qənimətləri işlətmək əsgərlər üçün daha rahatdır. Çünki ermənilərin texnikaları Rusiyaya məxsusdur". Qeyd edim ki, Müdafiə Nazirliyi düşmənin döyüş əməliyyatları zamanı atıb getdiyi hərbi texnikanın Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rəngləndiyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm