«Düşmən virtual arenada da təcavüzkar siyasət yürüdür» - Fəal olaq !
Şəymən Bayramova
14:08 16.07.2020
Cəmiyyət
1077
"Hər birimiz sosial şəbəkələrdə düşmənə qarşı layiqli mübarizə aparmalıyıq"
Milli ordumuza dəstək məqsədilə Bakıda keçirilən yürüş cəmiyyətimizdə vətənpərvəlik ruhunun necə yüksək olduğunu bir daha göstərdi. Biz də ilk saatlarda yürüş iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyətini fəxarətlə izlədik. Lakin sonradan yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi.
Bakıda keçirilən aksiyanı xalqın orduyla həmrəyliyi kimi dəyərləndirən millət vəkili Tamam Cəfərovanın "Sherg.az"a açıqlamasına görə, iyulun 14-15-də keçirilən yürüş zamanı gənclərin səfərbərlik elan olunması, ordu sıralarında qulluq etmək niyyətləri ilə bağlı səsləndirdikləri şüarlar qürurverici haldır:
"Orduya dəstək aksiyası zamanı səsləndirilən şüarların hər biri iştirakçıların vətənpərvərlik hisslərinin səmimiliyini, yürüşün mahiyyətini ortaya qoyurdu. Son anda xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davranış nümayiş etdirdilər. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər göstərildi".
Millət vəkilinin sözlərinə görə, yaradılmış şəraitdən sui-istifadə hallarının təhlili xarici qüvvələrin ölkədə baş verən proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi:
"Şübhəsiz ki, xalqımız bu durumda şəxsi mənafelərini düşünüb,düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcək. Lakin hər ehtimala bir vətəndaş olaraq hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Unutmayaq ki, biz düşmənlə sadəcə cəbhədə döyüşmürük.
Eyni zamanda informasiya müharibəsi aparırıq. Hər fürsəti dəyərləndirən düşmən virtual arenada da ölkəmizə qarşı təcavüzkar siyasət yeridir. Bu mənada hər birimiz sosial şəbəkələrdə fəal olmalı və düşmənə qarşı layiqli mübarizə aparmalıyıq.
Ölkə başçısının da hər dəfə qeyd etdiyi kimi biz birlikdə güclüyük! Bu birliyi heç bir anti-milli qüvvə poza bilməyəcək. Ona görə ki, bu birliyin təməlində vətən eşqi dayanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm