“Bunu hamıdan yaxşı bilən Nikol Paşinyanın belə bir vəziyyətdə Rusiya ilə strateji müttəfiqlikdən danışması və “Bu münaqişənin diplomatik həlli yoxdur, erməni xalqı silahlanmalı, savaşmalıdır” çağırışını səsləndirməsi, əslində, Ermənistan cəmiyyətini təslimçi sülhə hazırlamağa və cəbhədəki məğlubiyyətin məsuliyyətini də xalqın üzərinə yıxmağa hesablanıb.
Düşmənin döyüş əzmi sınıb
Turan
09:31 23.10.2020
Cəmiyyət
614
Proseslər Paşinyanın devrilməsi ilə yekunlaşacaq
"Ermənistan addım-addım hərbi çevrilişə yaxınlaşır"
“Bütün məğlubiyyətlərin kökündə qorxu, vahimə və ümidsizlik yatır! Düşmənin canına qorxu və vahiməni sala bildinsə, ümidsizliyə düçar etdinsə, qələbə artıq sənindir!”.
Bu sözləri “Sherg.az”a Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü deyib.
Partiya təmsilçisi qeyd edib ki, əgər düşmən döyüş meydanında 10 min nəfərə yaxın hərbçisinin cəsədlərini, eləcə də hərbi texnika və silah-sursatlarını, döyüş bayraqlarını rüsvayçı şəkildə tullayıb qaçırsa, könüllü əsir düşürsə, deməli, Azərbaycan Ordusu nəinki erməni ordusunun, bütün Ermənistan cəmiyyətinin canına bu qorxunu salmağa və ümidsizlik yaratmağa nail olub:
“Bunu hamıdan yaxşı bilən Nikol Paşinyanın belə bir vəziyyətdə Rusiya ilə strateji müttəfiqlikdən danışması və “Bu münaqişənin diplomatik həlli yoxdur, erməni xalqı silahlanmalı, savaşmalıdır” çağırışını səsləndirməsi, əslində, Ermənistan cəmiyyətini təslimçi sülhə hazırlamağa və cəbhədəki məğlubiyyətin məsuliyyətini də xalqın üzərinə yıxmağa hesablanıb.
Çünki o, aşkar görür ki, ermənilərin döyüş əzmi sınıb və çoxsaylı itkilər hərbi müstəvidə tam kapitulyasiya ilə, deməli, həm də onun hakimiyyətdən devrilməsiylə yekunlaşacaq.
Odur ki, indi əzmi qırılan və qorxu hissinin idarə etdiyi Ermənistan cəmiyyətini Rusiyanın dəstək verəcəyinə ümidləndirməklə, həm də iki seçim qarşısında qoyur: ya savaşmalısan, ya da Qarabağın itirilməsiylə barışmalısan!
Dünən Rusiyanın dəstəklədiyi “Qarabağ klanı”nın əsas liderləriylə təcili keçirilən görüş və sabiq prezident Serj Sarkisyanın da xarici mətbuata müsahibəsində vəziyyətin bu həddə gəlib çatmasının əsas təqsirkarı kimi Paşinyanı göstərməsi də mənzərəni tam aydınlaşdırır.
Ermənistan addım-addım hərbi çevrilişə yaxınlaşır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya