DYP aparıcını yalanladı: Qayda pozuntusu faktlarla sübut olunub
Yusif Sultanoğlu
14:55 08.02.2021
Cəmiyyət
833
Bir neçə gün öncə AzTv-nin aparıcısı Aydan Axundovanın YPX işçisi Eldar Niftəliyevdən şikayəti yayılıb. O, İnstaqram səhifəsində status yazaraq polis əməkdaşının ona qarşı kobudluq etdiyini söyləyib. Məsələ ilə bağlı “Sherg.az”a Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəsmi açıqlamasında qeyd edilib ki, xanımın yol verdiyi qayda pozuntusu faktlarla sübut olunub:
“Həmçinin kimsə onunla kobud danışmayıb. Eyni zamanda bu polis əməkdaşının adının hallanmasına əsas verən məsələ deyil. Burda qeyri adi nə isə yoxdur. Çünki əməkdaşımız dayanma-durma qaydasının pozulması faktını aşkarlayıb. Bu zaman protokollar foto-şəkillər əsasında yazılır. Avto-nəqliyyat vasitəsinin içərisi çəkilir, boş olması göstərilir. Dayanma-durma qadağan olan yerdə saxlanılması da əks olunur. Sonra inzibati-xətalar məcəlləsinə uyğun protokol tərtib edilir. Əməkdaşın nəqliyyat vasitəsinin sahibi ilə ünsiyyətdə olmasına da ehtiyac yaranmır. Sadəcə məlumatlandırıblar ki, dayanma qadağan olan ərazini boşaldın. Polisin qanunla tələbidir və əməl olunmalıdır. Əks halda inzibati qaydada tədbir görülür. Qayda pozuntusu xüsusi texniki vasitələrlə aşkarlanıb, sistemə ötürülür. Burda ziddiyətli bir məqam qalmır. Faktlarla sübut olunmuş qayda pozuntusudur və cəriməsi də yazılıb. Əgər orda əməkdaşımız təhqiramiz ifadə işlədibsə, ya da nəzakətsizlik olubsa, biz müdaxilə edib,qanunla araşdırma apara bilərik. Vətəndaş isə bildirib ki, mənə “sən” deyərək kobudluq edilib. Lakin bu kobudluq nümunəsi deyil. Polis əməkdaşı böyük bir qəbahətə yol verməyib. Qanunun tələbləri hamı üçün eyni dərəcəlidir. Hər kəs bütün məsələləri hüquq çərçivəsində həll edib, münasibət bildirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur