Əcnəbilərlə bağlanan nikahlar...
Fidan Həmişəyeva
15:52 14.08.2020
Cəmiyyət
656
“Xanımlarımızın əcnəbilərlə ailə qurmasını anlayışla qarşılayıram”
Azərbaycanda əcnəbilərlə 500-ə yaxın nikah bağlanıb. Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2019-cu ildə vətəndaşlığı olmayan əcnəbilərlə 2270 nikah bağlanıb. Onun sözlərinə görə, 2020-ci ilin altı ayı ərzində isə 479 belə hal qeydə alınıb.
Cəmiyyətimizdə xanımların əcnəbilərlə ailə qurması artıq adi hala çevrilib. Bəziləri buna birmənalı yanaşsa da, xarici vətəndaşlarla ailə qurulmasına qeyri-adi hadisə kimi baxanlar da var. Maraqlıdır, xanımlarımızın əcnəbi şəxslərlə nikah bağlamasının səbəbləri nədir?
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova “Sherg.az”a bildirib ki, sovet dövründə əcnəbilərlə ailə quran qadınların sayı lap çox olub:
“Hər kəs müstəqildir. Xarici vətəndaşlarla ailə quran xanımlar nə üçün bu addımı atdıqlarını daha yaxşı bilərlər. Hazırda internet əsridir. Bəzən virtual aləmdən tanış olub bir-biri ilə əlaqə qururlar.
10 milyondan çox əhalisi olan ölkədə 500 o qədər də böyük rəqəm deyil. Ona görə də xanımlarımızın əcnəbilərlə ailə qurmasını anlayışla qarşılayıram. Sevgi azaddır. Bir-birilərini sevirlərsə, ailə qura bilərlər. 500 elə də sensasiya doğuracaq rəqəm deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm