Effeksiz qətnamə ! – “Niderland parlamentinin yaydığı sənəddə erməni dəst-xətti...”
Fidan Həmişəyeva
14:55 21.12.2020
Cəmiyyət
591
“Niderlanddakı bəzi qüvvələri çalışırlar ki, Azərbaycana qara yaxsınlar”
“Lakin Niderland dövləti Azərbaycanla münasibətlərini saxlamaq istəyir”
“Sözügedən qətnamə sadəcə ictimai fikri ermənilərin xeyrinə formalaşdırmaq cəhdidir”
“Amma bunların heç bir əhəmiyyət verməyəcək. Maneələri dəf etmək potensialımız var”
Azərbaycan Xarici İşlər Nazirliyi Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə dair açıqlama verib. XİN-dən verilən məlumata görə, son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edilir:
“7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq”.
Baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Avropa İttifaqında (Aİ) belə bir təcrübə formalaşıb: hansısa ölkəni qaralamaq istəyəndə siyasi elitanın nümayəndələri öz aralarında danışıb, razılığa gəlirlər və həmin ölkəyə təzyiq göstərir.
Beləliklə müxtəlif metodlarla həmin ölkəyə problem yaratmaq istəyirlər. Lakin Niderland özü Aİ-də bir o qədər də nüfuz sahibi deyil ki, Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırsın:
“Niderlan parlamenti çalışır ki, öz yanaşmasını guya Aİ-nın yanaşması kimi təqdim etsin. Amma bu, belə deyil. Aİ Azərbaycanla çox yaxşı münasibətlərdədir. Bu baxımdan Aİ-də atmosferi müəyyən edib, ab-havanı formalaşdıran Almaniya, Fransa və İtaliya kimi dövlətlərdir. Niderland isə 8-10-cu yerdə olan ölkədir”.
Politoloq qeyd edib ki, Niderland parlamentinin yaydığı qətnamədə erməni dəst-xətti görünür:
“Ermənilər çirkin əməllərlə, maliyyə vəsaitləri və rüşvətdən istifadə edərək hər hansı bir qüvvələrə təsir göstərirlər ki, onlar Azərbaycana problem yaratsınlar. Niderlandın özündə də antimüsəlman qüvvələr var. Onlar Azərbaycana qarşı piar kampaniyası aparırlar. Guya erməniləri zərərçəkmiş tərəf kimi təqdim edirlər.
Amma məlumdur ki, zərərçəkən dövlət məhz Azərbaycandır. Buna baxmayaraq, Niderlanddakı bəzi qüvvələri çalışırlar ki, Azərbaycana qara yaxsınlar.
Ona görə də Niderland parlamentindəki qətnamənin hər hansı bir perspektivi yoxdur. Niderland dövlətinin özü bu prosesdən kənardadır və heç vaxt Azərbaycanla münasibətləri korlamağa icazə verməyəcək. Çünki Azərbaycan Aİ üçün lazımlı dövlətdir. Demirəm ki, Niderlandın nüfuzu yoxdur.
Lakin Niderland dövləti Azərbaycanla münasibətlərini saxlamaq istəyir. Sözügedən qətnamə sadəcə ictimai fikri ermənilərin xeyrinə formalaşdırmaq cəhdidir. Amma bunların heç bir əhəmiyyət verməyəcək. Maneələri dəf etmək potensialımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi