Əfv gözlənilir
Fidan Həmişəyeva
10:15 21.01.2021
Cəmiyyət
912
Novella Cəfəroğlu: ”Vətən müharibəsinin başlaması əfv və amnistiya məsələsini bir qədər arxa plana keçirdi”
Əslində ötən ilin dekabrda əfvin olacağı ehtimalı var idi. Artıq müharibə bitib”
“Yəqin ki, fevral ayından etibarən əfv prosesi başlanacaq
Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan Prezidenti yanında komissiyanın iclasının keçirilməsi üçün hazırlıqlar gedir. Parlament üzvü qeyd edib ki, əfvlə bağlı həddən artıq müraciətlər edilib
Z.Oruc Əfv Komissiyasının yeni tərkibinin formalaşdığını da diqqətə çatdırıb:
“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi, əfv addımlarını əldə rəhbər tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.
Cənab Prezidentin məhbuslarla bağlı humanizminin dəfələrlə şahidi olmuşuq. Məlumdur ki, qarşıdan Novruz bayramı gəlir. Bəs, bayramda əfv ola bilərmi?
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bu suala aydınlıq gətirib:
“Bəli, əfvin olacağı gözlənilir. Vətən müharibəsinin başlaması normal olaraq əfv və amnistiya məsələsini bir qədər arxa plana keçirdi. Əslində ötən ilin dekabrda əfvin olacağı ehtimalı var idi. Artıq müharibə bitib. Yəqin ki, fevral ayından etibarən əfv prosesi başlanacaq. Əfvlə birlikdə amnistiyanın olacağı da ehtimal edilir. Ümid edirəm ki, fevral ayından etibarən Novruz bayramına qədər, bəlkə də, bir az tez zamanda əfv olsun”.
Hüquq müdafiəçisi bildirib ki, istənilən halda əfv və amnistiya müsbət hadisədir:
“İnsanlar azadlığa buraxılır, ailələri ilə qovuşur. Bu cür humanist addımları hər zaman dəstəkləmişik. Bizim də planımızda var ki, bir araya gələrək bu barədə müzakirə aparaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat