Əfv Komissiyasının yeni üzvü Zahid Orucdan vacib açıqlama: Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək
06:36 09.09.2020
Cəmiyyət
582
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə Əfv Komissiyasının yeni tərkibi təsdiq olunub.
"Sherg.az" xəbər verir ki, yeni adlar sırasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da var.
Göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc qeyd edib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir. Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərksilah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi:
“Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji itisadi-siyasi qərarlarla sabitliyi və əmin - amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”.
O daha sonra deyib ki, ölkəmizin birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir. Təsadüfi deyil ki, on minlərlə insanın ümid dolu məktubları, bağışlanma müraciətləri məhz Mehriban xanıma ünvanlanır.
Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi.
Millət vəkili deyib ki, İindi Komissiyasının yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılacaq:
“Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilkdə 400-dən artıq şəxsə şamil olundu. İndi Komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcəkdir. Əlbəttə, hər zaman olduğu kimi cənab prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.
Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək məhbus əfv edilərək azadlığa qovuşub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol