“Əhali “ASAN”laşmış xidmətlərdən tam razıdır”
Şəymən Bayramova
12:08 06.06.2020
Cəmiyyət
835
"ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Bu xidmətin əsas xüsusiyyətlərindən biri insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qorumasıdır. Harada güclü iradə, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq. “ASAN xidmət”, sadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. “ASAN Xidmət” ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür. Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi "ASAN xidmət” ölkəmizin intellektual məhsuludur.
"ASAN xidmət”i Azərbaycanda korrupsiyanın aradan qaldırılması istiqamətində ən düzgün və ən uğurlu fəaliyyət göstərən layihə kimi dəyərləndirən millət vəkili Azər Badamov ölkəmizdə “ASAN xidmət” şəbəkəsinin gündən-günə genişlənməsindən danışıb:
"Artıq Cənab Prezident Ağcabədidə 19-cu “ASAN Həyat” kompleksinin açılışını həyata keçirdi. “ASAN xidmət” yeni yarananda 100 xidmət təqdim olunurdu. İndi isə bu məkanda təqdim olunan xidmətlərin sayı 320-yə çatıb. Hər yeni xidmətdə isə eksklüziv layihələrin təqdimatı olur. İyun ayının 3-də açılan “ASAN Həyat” kompleksində yeni smart aptek layihələrinin təqdimatı oldu. Bunu müasir dövrün tələblərinə cavab verən ən effektiv layihələrdən biri hesab etmək olar. “ASAN xidmət”ə bu günə qədər 38 milyondan çox vətəndaş müraciət edib. Bu o deməkdir ki, bir vətəndaş təxminən 4 dəfə müraciət edib və məmnun qalıb. Bu gün “ASAN xidmət”dən məmnunluq əmsalı 99,4 faizdir. Bu, təxminən 100% deməkdir. Burada təqdim olunan ictimai xidmətlərdən demək olar ki, əhali tam razıdır”.
“ASAN xidmət”in çox sayda ölkənin maraq dairəsində olduğunu vurğulayan millət vəkili artıq bir neçə ölkədə bu xidmətin tətbiq edildiyini qeyd edib:
“ASAN xidmət”in olduğu hər yerdə xidmətlər həqiqətən də asanlaşır. Digər üstün cəhəti ondan ibarətdir ki, bu xidmət sahəsində işləyənlərin hamısı gənclərdir. “ASAN xidmət”də könüllülərin fəaliyyəti geniş təqdir olunur. Azərbaycanda könüllülük hərəkatı məhz “ASAN xidmət”lə başlayıb. Ölkəmizdə həyata keçirilən çox sayda beynəlxalq oyunların və tədbirlərin təşkilində könüllülərin rolu danılmazdır. Bu gün bu xidmətdə fəaliyyət göstərən, təcrübə qazanan könüllülər dövlətin idarəetmə orqanlarında, dövlət qulluğunda təcrübəli mütəxəssislər kimi formalaşırlar və rəhbər vəzifələrə təyin olunmada daha effektiv nəticələrə töhfə verirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə