“Əhalinin sağlamlığı iqtisadi gəlirdən daha üstündür”
Fidan Həmişəyeva
13:00 16.04.2020
Cəmiyyət
1158
“Karantin dövründə əhalinin imkansız təbəqələrinin sosial müdafiəsi üçün müxtəlif tədbirlər görüldü, maddi yardım paketi hazırlandı”
Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda mühüm məsələlərə toxunub. Ölkə başçısı qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb, inkişaf və tərəqqi müşahidə olunub:
“Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemdir və təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı”.
Məsələyə münasibət bildirən Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı"Sherg.az"a açıqlamasında bildirib ki, qlobal pandemiya çox ciddi iqtisadi böhrana səbəb olub və bütün ölkələrə zərər vurub. Azərbacan da bu təsirdən kənarda qalmayıb.
Onun sözlərinə görə, xüsusilə, neftin qiymətinin kəskin ucuzlaşması gəlirlərimizi 2 dəfə azaldıb:
“Yaranmış vəziyyət dövlətin xərclərini artırıb. Buna baxmayaraq, hələ ki, iqtisadiyyatımızın heç bir sahəsində geriləmə olmayıb və nəzərdə tutulandan artıq istehsal olub. Əksər ölkədə çox geniş yayılan və çoxlu ölümlərə səbəb olan koronavirus ölkəmizdə böhranlı vəziyyət yaratmadı, bu da hökumətin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində mümkün oldu. Bu isə öz növbəsində dövlətimiz üçün əhalinin sağlamlığının və təhlükəsizliyinin iqtisadi gəlirlərdən daha üstün olduğunu göstərdi. Dövlətimiz karantin dövründə əhalinin imkansız təbəqələrinin sosial müdafiəsi üçün müxtəlif tədbirlər gördü və maddi yardım paketi hazırladı.
Lakin yaranmış vəziyyət ölkəmizə ciddi maddi zərər vurur, gəlirlərimiz azalır, ticarət məhdudlaşır, işi dayandırılan sahələrdə istehsalın azalması müşahidə oluna bilər. Bununla belə, vacib sahələrdə nəinki geriləmə, hətta istehsalın artması müşahidə olunur. Bu şəraitdə yerli istehsalın artırılması üçün əlavə imkanlardan bəhrələnmək lazımdır. Xammalı özümüzdə olan sahələrdə yeni istehsal sahələri yaratmaq üçün istehsal texnologiyalarının alınıb, gətirilməsinə, aqrar sənaye və yüngül sənaye sahələrində yeni müəssisələrin işə salınmasına çalışmaq lazımdır.
Bunun üçün kifayət qədər maliyyə ehtiyatımız var. Strateji ehtiyatların bir hissəsini ölkə iqtisadiyyatına investisiya etmək olar və bu daha çox gəlir gətirə bilər. Həm də ÜDM və müvafiq olaraq dövlət büdcəsinin gəlirləri artar, işsizlik aradan qalxmış olar".
E.Bayramlı qeyd edib ki, bu vəziyyət çox davam etməyəcək, aprel ayı ərzində, ən uzağı may ayında yoluxma tam bloklaşdırılacaq və karantin qaldırılacaq:
"Çünki görülən tədbirlər nəticəsində bizdə yoluxma demək olar ki bloklaşdırılıb və yoluxanlarımn sağalması sürətlə artır. Karantidən sonra iqtisadi itkilərin yerinin doldurulması üçün qeyri-neft sahələrinə böyük yük düşəcək. Ona görə də, bu sahələrdə güclü dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və investisiya təşviqi olmalıdır. Bu halda idxaldan asılılığımız minimuma enə və gələcək böhranlar zamanı hazırlıqlı olmamız təmin edə bilər. Əminəm ki, hökumət bu istiqamətdə çalışır və tezliklə bu tədbirlərin şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya