“Əhalinin sağlamlığı qorunur, rifah halı yaxşılaşdırılır” – Politoloq
Şəymən Bayramova
09:20 21.04.2020
Cəmiyyət
632
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Cənab Prezident koronavirusun başladığı andan bu günə qədər çox yüksək fəaliyyət nümayiş etdirir. Gördüyü tədbirlər, verdiyi qərarlar nəticəsində pandemiyanı cilovlamaq və qısa müddətdə tam nəzarət altına almaq mümkün olub.
Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, dövlətin bu istiqamətdə atdığı addımlar böyük əhəmiyyət kəsb edir:
“ Hər nə qədər ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunsa da , risk davam edir. Bu mənada sosial rifaha dəstək xidmətinin may ayı ərzində davam etdirilməsi müsbət tendensiyadır. Koronavirus pandemiyası iqtisadiyyatı durma nöqtəsinə gətirib çıxarsa da, ölkə başçısının ötən illər ərzində həyata keçirdiyi iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatında durğunluq olsa da belə, dövlət öz daxili imkanları hesabına həm virusun təsirlərini azaltmaq, həm də vətəndaşları qorumaq iqtidarındadır.
Ölkə başçısı əhalinin sağlamlığının qayğısına qalır. Eyni zamanda hər bir Azərbaycan vətəndaşının maddi rifah halının diqqətdə saxlanılmasını izləyir. Bütövlükdə əhalinin, bütün dünyanı bürüyən bu fəlakətdən sağ-salamat çıxıb maddi rifah içərisində pandemiyadan sonrakı dövrə qovuşmasını istəyir”.
Prezidentin sosial xidmətlərlə bağlı aldığı qərarların xüsusi diqqət çəkdiyini vurğulayan Q. Hüseynli ölkə başçısının lap əvvəldən pandemiya ilə mübarizə fonduna 2,5 milyard manat pul köçürdüyünü, daha sonra isə bu məbləği 1 milyard manat da artırdığını xatırladıb:
“Qeyd olunan rəqəmlər həqiqətən böyük məbləğdi və bu, imkan verir ki, işsizlərə, işdən məhrum olanlara, aztəminatlı ailələrə ən azı iki ay 190 manat məbləğində müavinət ödənilsin. Əvvəl 200 min nəfərə kompensasiya verilməsi nəzərdə tutulurdusa, sonradan bu rəqəm 600 minə qaldırıldı. İndi də işin gedişində aparılan uçot nəticəsində bu rəqəm daha da böyüyə bilər və 600 mindən də çox ola bilər. Üstəlik də təxminən 60 min nəfər üçün belə deyək, müvəqqəti iş yerləri açılır. Bu müvəqqəti iş yerlərində də maaş 300 manatdan artıq olacaq. Yəni işsiz əhalinin belə deyək bələdiyyələrdə, icra hakimiyyətində rayonlarda və şəhərlərdə görülən mövsümi işlərə cəlb edilməsi nəticəsində müvəqqəti iş yerləri yaradılacaq və beləliklə əhalinin sosial təminatı istiqamətində daha bir istiqamət açılmış olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq