“Əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri addımlar atılır»
Şəymən Bayramova
14:33 25.06.2020
Cəmiyyət
732
«Ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür»
"Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır”
Koronavirusla mübarizənin Azərbaycan dövlətinin fəaliyyətində prioritet məsələyə çevrilib. Prezident İlham Əliyevin liderliyi altında hökumət vəziyyətə tam nəzarət edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da əks olunduğu kimi, Azərbaycan COVİD-19 ilə mübarizədə qabaqcıl ölkələr sırasındadır. Qeyd edək ki COVİD 19 - la mübarizə çərçivəsində daha bir modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub.
Prezident korpusun açılış zamanı mühüm məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır. Burada bütün dövlət tədbirləri ilə bərabər, əsas vəzifə həkimlərin üzərinə düşür.
Prezident eyni zamanda qeyd edib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır.
Prezidentin fikirlərini yüksək dəyərləndirən “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyevanın «Sherg.az» a açıqlamasına görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tərəfindən koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür:
"Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır. Ölkəmizdə artıq sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək.
Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu gün modul tipli belə bir xəstəxananın Gəncədə açılması, tək Gəncədə deyil, Gəncə ətrafı rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili təxliyə olunması, onların yüksək səviyyədə müalicə edilməsi üçün çox vacibdir.
Bütün bu görülən işlər bir daha onu göstərir ki, koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə