Ehsan Zahidov: "Sosial şəbəkələrdə təxribat xarakterli məlumat yayanlar barəsində sərt tədbirlər görüləcək"
17:13 04.01.2021
Cəmiyyət
376
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya Qəbələ rayonunun Nic kəndində bayram günü atəşfəşanlıq olması və bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edən bir qrup şəxsin həmin kəndə hücum edərək sakinləri təhqir etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında sosial şəbəkələrdə yayılan təxribat xarakterli bu məlumatların yalan və uydurma olduğunu deyib: "Bildiyiniz kimi Nic kəndində əsrlər boyu azərbaycanlılarla yanaşı, udin millətinin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün azsaylı millətlərin nümayəndələri kimi udinlər də böyük şücaət göstəriblər. Vətən Müharibəsindən sonra həmin kəndin sakinləri olan udinlər işğaldan azad olunmuş ərazilərdəki qədim alban kilsələrini ziyarət edərək dini ayinlər yerinə yetiriblər. Görünür bu kimlərinsə xoşuna gəlmədiyi üçün yalan və uydurma xarakterli məlumatlar yayaraq əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayan millətlərin arasında nifaq salmağa, təxribat törətməyə çalışır. Lakin Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də belə təxribatların qarşısını qətiyyətlə alır. Bildiririk ki, sosial şəbəkələrdə təxribat xarakterli belə məlumatlar yayan şəxslər barəsində hüquqi müstəvidə sərt tədbirlər görüləcək!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm