Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması zəruridir
Turan
07:36 22.09.2020
Cəmiyyət
847
Onların müasir texnikalarla tanışlığı, təcrübələrini təkmilləşdirmələri çox önəmlidir
Ehtiyatda olan hərbçilərimiz təlimlərə və yoxlanışlara çağırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara cəlb olunublar:
“Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”. Məsələ ondadır ki, Səfərbərlik Xidmətinin ehtiyatda olan bir qrup zabit heyətini hərbi təlimlərə cəlb etməsi, o cümlədən rayonlarda “voyenkomat”ların qarşısında yaşanan izdiham cəmiyyətdə müxtəlif şayiələrin yayılmasına, əhali arasında panikaya səbəb olub. Bəzi qərəzli şəxslər sosial şəbəkə üzərindən yalan məlumatlar yayaraq, “insanların avtobuslara doldurularaq döyüşə aparıldığını” iddia ediblər.
Anlaşılmazlığı və insanlar arasında təşviş yaradan qərəzli informasiyaları “Şərq”ə təhlil edən hərbi ekspert, psixoloq Azad İsazadə bildirib ki, belə məqamlarda uydurma xəbərlərin və yersiz panikanın qarşısını almaq üçün vaxtında geniş və ətraflı məlumat verilməlidir. Ekspertin sözlərinə görə, ehtiyatda olan zabitlərin müəyyən dövrlərdə hərbi təlimlərə cəlb olunması müsbət haldır və zəruridir:
“Müharibə şəraitində hər vəziyyətə hazır olmalıyıq. Ehtiyatlarımızı, insan qüvvəsinin sayını, keyfiyyətini dəqiq bilməliyik. Zabitlər üçün mütəmadi təlimlər əhəmiyyətli hesab olunur, çünki ehtiyata buraxılmış hərbiçilər real ordudan uzaqlaşırlar. Onların müasir texnikalarla tanışlığı, təcrübələrini təkmilləşdirmələri çox önəmlidir. Amma bunu yubanmadan izah etmək, cəmiyyəti məlumatlandırmaq lazımdır. Müvəqqəti təlimlər ildə iki-üç dəfə keçirilir və bütün heyətin iştirakı təmin olunur. Cəmiyyət məlumatlı olanda prosesin yenidən təkrarlanmasını çaşqınlıqla qarşılamır.
Məsələn, bildirmək olar ki, hər ilin yaz-payız fəslində ehtiyatda olan zabitlərin təlimləri həyata keçiriləcək. Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb olunması heç də müharibə siqnalı deyil. Məlumdur ki, oxşar proseslər Ermənistanda da gedir. Düşmən ölkə həftələr öncədən bütün kişiləri “özünümüdafiə” prosesinə cəlb etməyə çalışır.
Hətta Nikol Paşinyanın həyat yoldaşı erməni qadınlarını müharibəyə qoşulmağa səsləyir. Faktiki Ermənistan nümayiş etdirir ki, onlar total müharibəyə hazırlıq görürlər. Total müharibə o deməkdir ki, təkcə hərbçilər deyil, bütün əhali döyüşə hazırlaşır. Əlbəttə, ordan-burdan yığılma insanlarla, ömründə silah görməyən şəxslərlə ordu qurmaq mümkün deyil”.
A.İsazadənin fikrincə, İrəvan tərəfi göstərməyə çalışır ki, guya, bütün ermənilər müharibə etmək əzmindədir. Azərbaycan tərəfi isə düşmənə mesaj göndərir ki, biz mülki şəxsləri, qadınları, yeniyetmələri orduya cəlb etmirik, buna ehtiyacımız da yoxdur:
“Azərbaycan Ordusunun say tərkibi və texniki gücü düşmən qüvvələrini qısa zamanda darmadağın etməyə kifayət edər. Ona görə də sadəcə olaraq sırf hərbçiləri, ehtiyatda olan zabitləri təlimlərə çağırırıq. İndi əsas məsələ insanlar arasında lazımsız təşvişin yaranmasına imkan verməməkdir.
Bunun üçün müvafiq dövlət qurumu vaxtında informasiya yaymalı, media təbliğat işini düzgün qurmalı, millət vəkilləri, siyasətçilər, müstəqil ekspertlər ictimaiyyəti davamlı məlumatlandırmalı, çağırış etməlidir.
Hərbi təlimlərə qatılmaq üçün səfərbərlik xidmətlərinin qarşısına gələn yüzlərlə könüllülər var. Düzdür, onları aparmırlar, amma bu cür hərəkətlər əhalidə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, rayonlarda, cəbhə bölgələrində təbliğat işinə xüsusi önəm vermək, əhali arasında təşvişə imkan yaratmamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm