
Ekspert: Ucuzlaşmanı stimullaşdırmaq sığortaçıların sayın artıra bilər
Yusif Nəzərli
09:54 16.11.2024
Cəmiyyət
606
Kasko sığortaya maraq kəskin artıb. Buna səbəb ölkənin avtomobil parkının yenilənməsidir.
Xezerxeber.az-ın məlumatına görə, kasko sığortaya marağın kəskin artması sığorta haqqını ucuzlaşdıra bilər.
Ekspertlər deyirlər ki, artıq yeni avtomobil sahibi olan sürücülər zərərin qarşılanması üçün kasko sığortaya daha çox üz tuturlar.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözləniləndir.
Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.
Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, kasko sığorta nəqliyyat vasitələrinin maya dəyərinin həcminə görə hesablanır:

“Hər nəqliyyat vasitəsinin öz sığorta qiyməti var. Yəni 10 minlik maşınla 70 minlik maşının fərqli sığorta xərci var. Kütləvi şəkildə nəqliyyat vasitələrinin sığortalanmasını stimullaşdırmaq üçün kasko sığortada ucuzlaşma ola bilər. Çünki bəzi nəqliyyat vasitələrini idarə edən şəxslər var ki, onlar kasko sığorta üçün hər il illik ailə büdcəsindən yetərincə maliyyə vəsaiti ödəyə bilmir. Nəzərə almaq lazımdır ki, bir insanın maşınını və daşınmaz əmlakını kasko sığorta etdirmək ciddi qiymətə başa gəlir. Bu mənada ucuzlaşmanı stimullaşdırmaqla sığortaçıların sayının artırılmasına xidmət etmiş ola bilərlər. Dövlət qanunvericiliyi əsasında fəaliyyət göstərən istənilən sığorta şirkəti sığortalanan məbləğ üzərində öhdəlik götürürsə, onu da yerinə yetirməlidir. Əsas odur ki, hər bir sığorta şirkəti sığortaçı qarşısında üzərində götürdüyü maliyyə öhdəliklərini yerinə yetirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol