
Ekspert: Yeni qaydalar kuryerlərin fəaliyyətinə təsir göstərə bilər
13:26 13.10.2025
Cəmiyyət
476
Son illər ölkəmizdə nəqliyyat vasitələrinin, xüsusilə də fərdi və operativ çatdırılma sahəsində istifadə olunan moped və motosikletlərin sayı sürətlə artmaqdadır. Bu artım yeni reallıqlar və ehtiyaclar yaratmaqla yanaşı, hüquqi tənzimləmələrə olan zərurəti də gündəmə gətirib. Hərəkət təhlükəsizliyi, ictimai nizam, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edənlərin hüquq və vəzifələrinin aydın şəkildə müəyyən olunması üçün normativ hüquqi çərçivənin təkmilləşdirilməsi zəruri hesab olunur.
Məhz bu məqsədlə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 3 ay sonra Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi-konkret olaraq A1 kateqoriyalı vəsiqə tələb olunacaq. Bu addım, həm sürücülərin təhlükəsizliyinin artırılması, həm də yol hərəkəti qaydalarının daha səmərəli tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəqliyyat eksperti Aslan Əsədov Sherg.az-a açıqlamasında təxminən üç il əvvəl, moped və motosikletlərin istifadəsinin qanunvericiliklə tənzimlənməsi məsələsinin müvafiq dövlət qurumları qarşısında qaldırıldığını söyləyib:

"Qanun qüvvəyə minməzdən əvvəl bu sahədə çalışan şəxslər, xüsusən də kuryerlər, narahatlıqlarını ifadə edərək bildirirdilər ki, moped və motosikletlərə tətbiq olunacaq məhdudiyyətlər onların fəaliyyətinə ciddi maneələr yarada bilər. Bu da həm onların qazanc imkanlarını azaldır, həm də vətəndaşların operativ şəkildə xidmət almasına təsir göstərir".
Ekspert kuryerlərin əməyinin yüksək qiymətləndirilməli olduğunu söyləyib:
"Onlar xüsusilə pandemiya dövründə, yəni koronavirusun geniş yayıldığı zamanda cəmiyyət üçün əhəmiyyətli rol oynadılar. Həmin dövrdə onların fəaliyyəti daha da aktuallaşdı və insanların gündəlik tələbatlarının qarşılanmasında mühüm rol oynadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq